Əlaqə Arxiv
news Image
2018.10.18
09:40
| A A A
İrəvan Qarabağ icmalarının mümkün görüşündən ciddi narahatdır
Fərəc Quliyev: “Torpaqlarımızı geri almaq üçün hərbi əməliyyatlara başlamalıyıq” Məhəmməd Əsədullazadə: “Erməni icması yalnız Azərbycanın tərkibində özünü təhlükəsiz hiss edə bilər”

Məlumdur ki, Ermənistan hökuməti Azərbaycanla danışıqlarda heç də qeyri-konstruktiv mövqe nümayiş etdirmir. Bu fonda müşahidə edilən həm də odur ki, Ermənistan Dağlıq Qarabağ azərbaycanlı və erməni icmalarının görüşündə də maraqlı deyil. 

Siyasilər bunu fərqli səbəblərlə izah edirlər. Millət vəkili, politoloq Fərəc Quliyev düşünür ki, Ermənistanla danışıqların heç bir mənası yoxdur: “Çünki uzun illərdir, danışıqlar gedir və hər dəfə bir mərhələdə müyyən bəhanələrlə ermənilər danışıqları sıfır variantına gətirirlər. Çünki Ermənistan təcavüzü əvvəldən planlaşdırıb. Buna siyasət elmində «asimus aqressimus» deyilir. 
Ermənistan qarşısına böyük Ermənistan hədəfi qoyub. Azərbaycanın ərazilərini işğal edib, Türkiyə ərazilərinə göz tikib. Yəni, artıq danışıqlar haqqında düşünmək mənasızdır. Üstəlik də bütövlükdə Ermənistan dövlət kimi Rusyianın layihəsidir. Bunlar fonunda torpaqları danışıqlar yolu ilə geri qaytarmağımız mümkünsüz olardı.  Gücümüzü toplayıb, torpaqlarımızı geri almaq üçün hərbi əməliyyatlara başlamalıyıq. Bundan başqa yol yoxdur”.
Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Ermənistan daim xalq diplomatiyasının, Azərbaycan və erməni icmasının görüşünə mane olması əsasən bu ölkənin işğalçılıq siyasətindən, torpaqların anneksiyası planından irəli gəlir: “Çünki, yerli icmalar görüşərsə, sülh atmosferi yaranar. Bu da  münaqişənin həllinə  töhfə verə bilər. 
Yerli erməni icması tarix boyu Ermənistana bağlı olmayıb, daim Ermənistandan ziyan görüblər. İndiki mərhələ də onlara qarşı Ermənistanın mənfi siyasətidir. Ermənistan Azərbaycan vətəndaşları olan ermənilərdən öz avantürist siyasətini həyata keçirmək üçün istifadə edib. Əgər icmalar arasında təmaslar olarsa, bu, İrəvanın neytrallaşdırılmasına aparacaq. Buna görə də rəsmi İrəvan hər vəchlə iki icmanın görüşünə mane olur. 
Erməni icması yalnız Azərbycanın tərkibində özünü təhlükəsiz hiss edə bilər. Bundan sonrakı prosesdə Nikol Paşinyan hakimiyyəti ölkəsinin inkişafı naminə konustruktiv siyasətə üstünlük verərsə, münaqişənin həllində imitasiya deyil, substantiv danışıqlarda real nəticələrə söykənən siyasət apararsa, icmaların görüşünə şərait yaranar,  münaqişənin həlli tez bir zamanda reallaşar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz