Əlaqə Arxiv
news Image
2018.10.19
08:00
| A A A
Düşmən ordusunda anarxiya dərinləşir
Üzeyir Cəfərov: “Yanamış vəziyyətdə onsuz da acınacaqlı durumda olan Ermənistan silahlı qüvvələrinin durumu daha da kəskinləşəcək”

Bu ilin avqustun 15-dən etibarən Nikol Paşinyanın imzaladığı qərarla daxili qoşunlar, polis qüvvələri 15 günlük növbə ilə xidmət aparmaq üçün Ermənistan-Azərbaycan sərhədinə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilir. Amma artıq polislər buna etiraz edir və hətta həmin məsələ ilə bağlı olaraq vəzifələrindən istefa  da verirlər. Paşinyan hakimiyyətə gələndən üzü bəri siyasi arenada qəliz və bir-birinə zidd fikirlər səsləndirdiyi kimi, güc strukturları məsələsində də anoloji yolla gedir. 

Yaranmış bu vəziyyət bir daha onu təsdiqləyir ki, Paşinyan Ermənistan ordusunda yuva salan köhnə “Qarabağ klanı”nın nümayəndələrindən hələ də xilas ola bilməyib. Bu mənada Paşinyan öz ordusuna etibar etmir, silahlı qüvvələrin ona qarşı çevriləcəyindən ehtiyatlanır. Bu vəziyyət həmçinin bir daha onu göstərir ki, Ermənistan ordusu olduqca zəif olmaqla yanaşı, qarşıya qoyulan tapşırıqları yerinə yetirmək gücündə deyil. 
Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, Ermənistanda artıq Paşinyan və onun yeritdiyi siyasətdən narazılıq artmağa başlayıb: “Dəfələrlə qeyd etmişik ki, Ermənistanın güc strukturlarında olan acınacaqlı vəziyyət ordu ilə yanaşı, daxili qoşun və polis sisteminə də sirayət edib. Paşinyanın hakimiyyətə gəlməsilə düşmən ölkənin bütün güc strukturlarında bu kimi başıpozuqluq halları daha da artıb. Baxmayaraq ki, onun bir sıra şou xarakterli addımları oldu. Amma bu addımlar da Paşinyan kimi küçə siyasətçisini çıxılmaz vəziyyətdən xilas edə bilməzdi və etmir. 
Onun və müdafiə nazirinin öz oğullarını cəbhə bölgəsinə göndərməsi də gözə kül üfürmək üçün idi. Sonda məcburiyyət qarşısında qalaraq küçə aksiyaları zamanı özünə dəstək olan şəxsi polis rəhbəri vəzifəsinə gətirməsi də onu göstərir ki, çox narahatdır və etibar etdiyi adamların çevrəsi də böyük deyil. Ona görə onun poilis qüvvələrini də Azərbaycanla sərhəd zonası və işğal edilmiş torpaqlara göndərməklə və onların burada guya ciddi işlər görə biləcəyilə bağlı  gətirdiyi arqumentləri də ciddi qəbul etmək olmaz. Bu səbəbdən polislər də başa düşürlər ki, Paşinyanın əlində alətə çevrilirlər və istənilən an həyatlarını itirə bilərlər. İnsanlar artıq bunu dərk edir. 
Bundan əlavə Ermənistanın özündə vəziyyət hər an dəyişə bilər. Bir adam ki, gündə 3 dəfə mövqeyini dəyişir, siyasətdə belə adam ciddi qarşılanmır. Gah deyir oktyabrın 15-i, gah da 16-da istefa verəcəyini deyir. Siyasətdə belə fəaliyyət ciddi qəbul edilmir. Mövcud durumda Ermənistanda narazılıq artacaq. Paşinyan uzun müddət duruş gətirə bilməyəcək. 
Son zamanlar ABŞ-ın Ermənistandakı səfiri də bildirib ki, gec-tez işğal etdiyi torpaqları Ermənistan boşaltmaq məcburiyyətində qalacaq. Bu söz Paşinyan da daxil olmaqal bütün erməniləri narahat edir. Bir  müddətdən sonra Paşinyan elə bir addım atacaq ki, Ermənistanda vəziyyət daha da kəskinləşəcək. Ona görə də bir çox yüksək rütbəli zabitlər indi narazılıq edir, bəziləri də istefa verir. Yanamış vəziyyətdə onsuz da acınacaqlı durumda olan Ermənistan silahlı qüvvələrinin durumu daha da kəskinləşəcək. Bu narazılıqlar bir müddətdən sənra etiraz aksiyalarına çevrilə bilər. Bu səviyyədə siyasət yürütmək, bölgədə sülh və əmin-amanlıq yaratmaq olmaz.  Ona görə də düşünürəm ki, bir müddətdən sonra düşmən ölkədə onsuz da ağır olan siyasi durum daha da kəskinləşəcək”. 
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz