Əlaqə Arxiv
news Image
2018.10.23
08:00
| A A A
Beynəlxalq hüququn qaçılmaz böhranı
Elşən Manafov: “Müasir dünyanın qlobal problemlərindən biri məhz beynəlxalq güclərin geosiyasi maraqları naminə beynəlxalq hüququn iflic vəziyyətə gətirilməsidir” Qabil Hüseynli: “Bütün bunlar dövlətlərin geosiyasi maraqlarından irəli gəlir”

“Biz beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara "Dur!" deməsini gözləyirik". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib. 

Siyasilərin fikrincə, Qarabağ münaqişəsi daxil olmaqla dünya ictimaiyyəti bu cür  problemlərin həllində müvafiq addımlar atmasa, beynəlxalq hüqüqun böhranı qaçılmaz olacaq. Proseslər göstərir ki, böhranın artıq işartıları da var. Dövlətlər beynəlxalq hüququ maraqlarına qurban verirlər. Bu isə dünya üçün ciddi təhdidlər deməkdir. Beynəlxalq münasibətlər üzrə politoloq Elşən Manafov bildirir ki, müasir dünyanın qlobal problemlərindən biri  məhz beynəlxalq güclərin geosiyasi maraqları naminə beynəlxalq hüququn iflic vəziyyətə gətirilməsidir: “Artıq BMT özünün qəbul etdiyi qərarları belə icra etmək etmək iqtidarında deyil. Bunun da səbəblərindən biri BMT-də dövlətlərin veto qoymaq hüququnun olmasıdır. Buna görə xüsusən ABŞ özünün maraqlarından çıxış edərək, BMT qətnamələrinə belə veto qoyur. 
Nəzərə alaq ki, BMT-nin Qarabağ münaqişəsinin həlli ilə bağlı da qətnamələri var. Ancaq təəssüflər olsun ki, beynəlxalq güclərin maraqlarının toqquşması nəticəsində BMT konkret addım ata bilmir. Bu, onu göstərir ki, BMT məlum dövlətlərin əlində dünyanın idarə olunması üçün bir vasitəyə çevrilib. Məhz buna görə BMT-də ciddi islahatların aprılmasına ehtiyac var. 
Düzdür, bu günə qədər qəbul edilmiş qərarların hamısı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur. Lakin BMT-nin məlum xalqların öz müqəddaratını özləri müəyyən etmək hüququ var. Ermənilər artıq bu hüquqdan istifadə ediblər. Qərbi Azərbaycan torpaqlarında öz dövlətlərini yaradıblar. İkinci dəfə erməni xalqı və ya erməni icması bu hüqqudan istifadə edə bilməz. Bu məsələdə heç bir güzəştdən söhbət gedə bilməz. Amma təəssüf ki, ermənilərin havadarları, xristian təəsübkeşliyi problemin Azərbaycanın xeyrinə həllini ləngidir. Bununla belə zaman Azərbaycanın xeyrinə işləyir”. 
Digər politoloq Qabil Hüseynli bildirdi ki, beynəlxalq hüquq indi yox, çoxdandır böhran dövrünü yaşamaqdadır: “İkinci Dünya Müharibəsindən sonra ərazi bütövlüyü bəndi beynəlxalq hüququn ən üstün maddəsi hesab edilir. Digər maddələrə nisbətən daha təsirlidir. Amma Dağlıq Qarabağ məsələsinin müzakirəsində həmsədr dövlətlər Dağlıq Qarabağda ərazi bütövlüyü ilə öz müqqədaratını təyin etmə prinsipini eyni tuturlar. Halbuki, bunları uyğunlaşdırmaq olmaz. Həm bir-birinə əks, həm də biri daha üstün qüvvəyə malikdir. 
Yaxud da hazırda jurnalist Camal Qışıqçı hadisəsini göstərə bilərik. ABŞ başda olmaqla dünya dövlətləri məsələyə birmənalı münasibət bəsləmirlərr. Yəni, beynəlxalq hüququn böhran yaşmasına görə ciddi faktlar gətirmək olar. Bütün bunlar isə dövlətlərin geosiyasi maraqlarından irəli gəlir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz