Əlaqə Arxiv
news Image
2018.10.23
14:22
| A A A
Ərdoğan: Jurnalist Camal Xaşuqcinin qatilləri Türkiyədə cəzalandırılmalıdır

Jurnalist Camal Xaşuqcinin qatilləri Türkiyədə cəzalandırılmalıdır.

Movqe.az-ın məlumatına göə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyəli lider qeyd edib ki, jurnalistin Türkiyədə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülməsini unutmaq olmaz: "Cinayət Türkiyədə törədilib və bu, Ankaranın həmin məsələyə diqqət ayırmasını zəruri edir".

 

Qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Cina Hespel səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümünün araşdırılması ilə əlaqədar olaraq bu gün Türkiyəyə gələcək.

Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.

Sizin Reklam Yeriniz