Əlaqə Arxiv
news Image
2018.10.24
16:23
| A A A
Con Bolton: "Azərbaycanın beynəlxalq enerji bazarında faydalı rolunu davam etdirməsi ABŞ üçün böyük əhəmiyyət kəsb edir"

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton mətbuat konfransında deyib.

C.Bolton qeyd edib: "Bu, mənim Azərbaycana ilk səfərimdir. Bildiyim qədər ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri kimi ilk olaraq Azərbaycana mən gəlmişəm. Səfərim çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim. Görüşlər zamanı geniş müzakirələr apardıq. O cümlədən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanla ABŞ arasında iqtisadi sahədə əməkdaşlığı, Cənub Qaz Dəhlizi məsələlərini müzakirə etdik. Biz Azərbaycanın beynəlxalq enerji bazarında oynadığı mühüm rolu da müzakirə etdik. Azərbaycanın bu sahədə öz faydalı rolunu davam etdirməsi bizim üçün böyük əhəmiyyət kəsb edir".

Müşavir vurğulayıb ki, Azərbaycan alternativ enerji mənbələrini təmin etməkdə mühüm rol oynayır:

"Eyni zamanda, biz Azərbaycanla ABŞ hökuməti arasında əməkdaşlığı, o cümlədən qlobal terrorçuluğa, insan alverinə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə tərəfdaşlığımızı müzakirə etdik".

Sizin Reklam Yeriniz