Əlaqə Arxiv
news Image
2018.10.24
17:00
| A A A
“Azərbaycanla hərbi əməkdaşlığa böyük əhəmiyyət veririk” - İsrailin Baş Qərargah rəisi
İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 24-də Tel-Əviv şəhərində israilli həmkarı general-leytenant Qadi Ayzenkot ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Qonaqları salamlayan general-leytenant Q.Ayzenkot vurğulayıb ki, İsrail Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.
General-polkovnik N.Sadıkov Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini vurğulayıb. Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Sizin Reklam Yeriniz