Əlaqə Arxiv
news Image
2018.10.25
13:27
| A A A
Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ilə görüşüb

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ilə görüşüb.

Görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edildi.

Prezident İlham Əliyev Anatoli Torkunovun Forumda iştirakından məmnunluğunu bildirdi.

Rektor Anatoli Torkunov Forumun dünyada humanitar əlaqələrin inkişafına töhfəsini vurğulayaraq ölkəmizə xoş duyğularla gəldiyini və bu mötəbər tədbirdə iştirak etdiyini dedi.

Sizin Reklam Yeriniz