Əlaqə Arxiv
news Image
2018.10.26
12:48
| A A A
Nazir müavini: Azərbaycan gəncliyi cəmiyyətdə dayanıqlı və inklüziv inkişaf prosesində böyük rol oynayır

Azərbaycan gəncliyi cəmiyyətdə dayanıqlı və inklüziv inkişaf prosesində böyük rol oynayır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunda deyib.

Onun sözlərinə görə, gənclik mütərəqqi proseslərin flaqmanıdır.

Nazir müavini gənclərin beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasında fəal iştirakının vacibliyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Sizin Reklam Yeriniz