Əlaqə Arxiv
news Image
2018.10.28
18:21
| A A A
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfərə gəliblər (FOTO)

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfərə gəliblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Sizin Reklam Yeriniz