Əlaqə Arxiv
news Image
2018.10.28
12:49
| A A A
“VI Beynəlxalq Humanitar Forumun keçirilməsi böyük əhəmiyyətə malikdir” - Sona Əliyeva

“Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumun keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu forumda dünyanı narahat edən problemlər və onun həlli yolları geniş müzakirə edilir”.

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin (MM) üzvü Sona Əliyeva deyib. Sona Əliyeva bildirib ki, tədbirdə 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər nümayəndənin iştirak etməsi Humanitar Forumun önəminin göstəricisidir.

Onun sözlərinə görə, Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir:

“Azərbaycan dünyada sülhün, ədalətin bərqərar olmasında öz töhvələrini verməkdədir. İnsanların bərabərliyi, sülhün bütün dünyada bərqərar olması üçün dövlətimiz üzərinə düşən bütün işləri görür. Azərbaycan öz sülhsevər missiyasını ortaya qoymaqdadır. Bu prosesin Bakı Humanitar Forumu çərçivəsində doxsandan çox ölkənin iştirakı ilə keçirilməsi təqdirəlayiqdir. Burada intellekt kapitalı, insanın inkişafında təhsilin rolu və səhiyyə mövzuları müzakirə edildi, məsləhətləşmələr aparıldı. Bu cür ictimai-siyasi əhəmiyyətli müzakirələr göstərdi ki, Azərbaycan dünyada bütün sahələrdə aparılan proseslərə biganə deyil. Azərbaycan bu yöndə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Bütün insanlıq adına insani dəyərləri qorumaq çox vacibdir”.

Sizin Reklam Yeriniz