Əlaqə Arxiv
news Image
2018.10.28
04:15
| A A A
“Forum iştirakçıları ölkəmiz haqqında yüksək fikir səsləndirdilər” - Aydın Mirzəzadə

“Cənab Prezident İlham Əliyevin Forumda çıxışı həm dünyanın qarşısında dayanan çağırışlara, həm də Azərbaycanın bu məsələlərin həllinə dair baxışlarını ortaya qoydu. Forum iştirakçıları Azərbaycan liderinin dilindən sabitliyin, sülhün təmin edilməsinin həlli yollarını eşitdilər”

Movqe.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, adıçəkilən forumda Azərbaycan öz timsalında problemlərin həll edilməsi nümunəsini göstərdi: “Ölkə heç bir yerdən kredit almadan, öz resurslarına söykənərək elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına cəhd edir. Bu, insanların təhlükəsizliyinə, rahat yaşamasına böyük diqqət deməkdir. Dövlət başçısı rəhbərlik etdiyi ölkənin dünya birliyində layiqli yer tutmasına maksimum çalışır".

Aydın Mirzəzadə onu da vurğulayıb ki, forum iştirakçıları bu beynəlxalq tədbir və Azərbaycan haqqında yüksək fikirlər səsləndirdilər: “Bunun özü göstərir ki, Azərbaycan bu gün yeni dünyanın qurulmasına öz töhfəsini verir və dünya ölkələri Azərbaycanla birlikdə işləməyə, Azərbaycanın mövqeyini öyrənməyə kifayət qədər maraqlıdır".

 
 
 
Sizin Reklam Yeriniz