Əlaqə Arxiv
news Image
2018.10.29
14:36
| A A A
VI Bakı Beynəlxalq Humanitar Forumu problemlərin həllinin, inkişaf yollarının müzakirəsi baxımından mühüm platformadır

Azərbaycanda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu təkcə ölkəmiz deyil, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biridir. “VI Bakı Beynəlxalq Humanitar Forumunda müasir dünyamız üçün çox vacib olan məsələlər müzakirə olundu. Ölkəmizin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan sülh, təhlükəsizlik məsələlərində mühüm işlərin həyata keçirilməsinə nail olub. Humanitar Forumda media ilə bağlı mühüm məsələlərin müzakirəsi də diqqət mərkəzində oldu. Bu Forum problemlərin həllinin, inkişafın yollarının müzakirəsi baxımından mühüm platformadır. VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan humanitar məsələlərin müzakirə məkanına çevrilib. Azərbaycanın ideoloji baxımdan qazandığı uğurlar ermənilərin təcavüzkar siyasətinin ifşa olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin təcavüzkar və işğalçı ölkədən qat-qat yuxarıda olduğunu nümayiş etdirməkdə böyük rol oynayır. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz hər zaman beynəlxalq tədbirlərə yüksək səviyyəli ev sahibliyi ilə edib. Azərbaycan hər zaman təşkilatçılıq bacarığı ilə dünya ölkələrini heyrətləndirə bilib. Təbii ki, Ermənistan tərəfi digər sahələrdə olduğu kimi, bu sahədə də bizdən çox geridədir. Bir neçə həftə öncə ev sahibliyi etdikləri Frankofoniya sammitində biyabir olmaları da bunun bariz nümunəsidir. Hərçənd ki, Frankofoniya sammiti heç də yüksək səviyyəli bir tədbir deyil. Bir sözlə, beynəlxalq tədbirləri keçirməkdə Azərbaycanın başlıca məqsədi ölkəmizin həqiqətlərini, həyat tərzini, tolerantlığını, multikulturalizmini, o cümlədən Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktını dünyaya çatdırmaqdır. Ən əsası, bu problemin həlli ilə bağlı Azərbaycanın dəyişməyən prinsipial mövqeyini göstərməkdir.

Politoloq Ehtiram Aşırlı 

 

Sizin Reklam Yeriniz