Əlaqə Arxiv
news Image
2018.10.31
07:00
| A A A
Böyük güclərin Qafqaz toqquşması başlanır
Zaur Məmmədov: “İndiyə qədər Cənubi Qafqazda məsələrində Rusiya əsas faktor idisə, artıq ABŞ da öz mövqeyini ortaya qoyacaq” Sədrəddin Soltan: “Belə vəziyyətdə güclərin bir-biri ilə əməkdaşlığı təəssüf ki baş vermir”

Məlumdur ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regionda səfərdə oldu. Fikirlər səslənir ki, bu səfər ABŞ və Rusiyanın Cənubi Qafqaz uğrunda rəqabətinin güclənəcəyinə işarədir. Bunu Boltonun verdiyi bəyanatlardan sezmək mümkündür. 

Siyasilərin fikrincə, səfər istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Amerikalı müşavirin səfəri eyni zamanda regiondakı mövcud münaqişələrin həllində əhəmiyyətli rol oynaya bilər. Politoloq Zaud Məmmədov bildirir ki, Barak Obama dövründə Cənubi Qafqaza və Mərkəzi Asiya ölkələrinə ABŞ-ın verdiyi prioritetlər bir qədər azalmışdı: “Bu regionlarda bütün məsələləri Rusiya təkbaşına həll edirdi. Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ həmin regionlarda da aktiv rol oynmağa başladı. Con Boltonun səfəri onu göstərir ki, dünyada Suriya problemi olmasa idi, əsas prioritet istiqamətlərdən biri Cənubi Qafqaz olardı. 
Con Boltonun regiona səfərində Rusiya üçün ən qıcıq doğuran məqam Ermənistanda verdiyi bəyanatlar oldu.  Onlardan biri onun “100 faiz Rusiya silahlarından asılı olmaq Ermənistanın müstəqilliyinə zərbədir”, deyə açıqlamasıdır. Digər məsələ isə odur ki, Con Boltonun “Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsi yolunda qəti mövqe nümayiş etdirə bilməsi”, deməsidir. Lakin Con Boltonun bu fikirləri həm Rusiya, həm də Ermənistanda birmənalı qarşılanmadı. Hətta N. Paşinyan bildirdi ki, ABŞ bizim daxili işlərimizə qarışır. Bu, onu göstərir ki, ABŞ-Rusiya qarşıdurması Cənubi Qafqazda da baş verəcək. 
Nəzərə alaq ki, NATO-nun Gürcüstan və Ukrayna ilə bağlı planları var. Həmçinin Ermənistanda hakimiyyəti dəyişikliyi baş verdi. Gürcüstanda da müxalifətin yəni, Mixaill Saakaşvilinin yenidən hakimiyyətə gəlmə ehtimalı böyükdür. Bunların hamısı Rusiya üçün bir siqnaldır. Ümumi götürdükdə isə ABŞ-Rusiya qarşıdurması dünyanın hər yerində gedir. İndiyə qədər Cənubi Qafqazda məsələrində Rusiya əsas faktor idisə, artıq ABŞ da öz mövqeyini ortaya qoyacaq”. 
Digər politoloq Sədrəddin Soltan bildirdi ki, Cənub Qafqazdakı mövcud münaqişlər bölgədə maraqların toqquşması nəticəsində əmələ gəldiyindən öz həllini tapmır: “Düzdür, münaqişlərin keçmiş sovetlər dövründə yarandığı iddia edilə bilər. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Rusiya, Fransa və başqaları Qarabağda erməniləri müdafiə adı ilə Azərbaycanın müstəqilliyinə qarşı idilər. Bu iddia heç dəyişməyib. İndi də münaqişə vasitəsi ilə bölgədəki dövlətləri idarə etməyə, özlərindən asılı hala salmağa çalışır. 
ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyytinin nəzərdən keçirmək kifayətdir. Qurumun nəticəsiz fəaliyyəti  həm də ABŞ və Rusiya rəqabətinin nəticəsi sayıla bilər. Bu baxımdan Moskva ilə Vaşinqtonun bölgə uğrunda rəqabəti konkret heç nə vəd etmir. Belə vəziyyətdə güclərin bir-biri ilə əməkdaşlığı təəssüf ki baş vermir. Odur ki, güclərin rəqabəti Cənub Qafqaz dövlətlərinə heç bir baxımdan, o cümlədən münaqişlərin həlli prizmasından yaxşı heç nə vəd etmir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz