Əlaqə Arxiv
news Image
2018.10.31
11:36
| A A A
Xankəndində həmsədrlərə separatçı təklif
ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskontini, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona səfərləri çərçivəsində bu gün Xankəndinə gəliblər.
Movqe.az azvison.az-a istinadən xəbər verir ki, səfər zamanı Minsk qrupunun həmsədrləri Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşərək təmas xəttindəki vəziyyəti müzakirə ediblər. 
Görüşdə Saakyan həmsədrlərə çağırış edərək, münaqişənin nizamlanması üzrə danışıqlar prosesində Qarabağ separatçılarının da tərəf kimi iştirakının təmin edilməsini istəyib. Bildirib ki, münaqişənin həllinə nail olunması üçün nizamlanmnın bütün mərhələlərində Qarabağ separatçılarının iştirakı vacibdir. 
Sizin Reklam Yeriniz