Bakıda Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir
Bu gün Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.
Movqe.az Report-a istinadən xəbər verir ki, iclasın əsas mövzusu ticarət məsələləridir.
Bakıdakı danışıqlarda Aİ-nin nümayəndə heyətinə Avropa Ticarət Komissiyasının nümayəndəsi Petros Sremelis rəhbərlik edir.
Daha əvvəl Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfirKestutis Yankauskas görüşün bağlı qapılar arxasında keçiriləcəyini bildirmişdi. Görüşdə həmçinin siyasi məsələlər də müzakirə ediləcək.