Əlaqə Arxiv
news Image
2018.12.25
09:00
| A A A
Yeni ildə Qarabağ məsələsində mühüm dəyişikliklər gözlənilir
Nəzakət Məmmədova: “Qarabağ məsələsinin gedişatında dönüş hər an mümkündür”

Belə bir mövqedə olanların sayı sürətlə artır ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin durğun vəziyyətdən çıxması reallaşa bilər. ümumiyyətlə, zaman-zaman da bu istiqamətdə nüfuzlu təşkilatlar, siyasilər tərəfindən müəyyən açıqlamalar olur. 

Qeyd edək ki, burada dipolmatik üsullarla yanaşı, hərbi həll variantı da istisna edilmir. Məsələn, ABŞ-ın "Stratfor" analitik mərkəzi gələn il Cənubi Qafqazdakı münaqişələrin aktiv fazaya keçəyəni deyir. Bundan başqa, Rusiya rəsmilərindən Qarabağ münaqişəsinin həlli istiqamətində tez-tez açıqlamalar verilməkdədir. Avropa İttifaqı isə ərazi bütövlüyü məsələlərində bəyanatlarını artırıb. Bunlarla yanaşı, Ermənistanın yeni hakimiyyətindən konstruktiv danışıqlar da gözlənilir. 
Politoloq Nəzakət Məmmədova bildirir ki, Qarabağ məsələsinin gedişatında dönüş hər an mümkündür: “Döyüş meydanında olduğu kimi diplomatik müstəvidə də istənilən an dönüş olması istisna edilmir. Xüsusilə, dünyada və bölgədə gedən proseslər bunu güman etməyə əsas verir. 
Ermənistanda baş verən proseslər, bu ölkənin indiki rəhbərliyi ilə Qarabağdakı separatçılar arasında başlayan ziddiyyətlər, Ermənistanın KTMT-dən getdikcə uzaqlaşması və s. bu ehtimalları artırır. Ermənistanda 2019-cu ildə daxili siyasi vəziyyətin gərgin olacağı, Nikol Paşinyanın daha çox öz hakimiyyətini möhkəmlətməyə diqqət yetirəcəyi gözlənilir. 2019-cu ilin ilk yarısında xüsusi bir dəyişiklik ehtimalı azdır. Lakin ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton regiona səfəri zamanı seçkilərdən sonra N.Paşinyandan məsuliyyətli yanaşma gözlədilklərini bildirdi. Bu da onu göstərir ki, ATƏT Minsk qrupu həmsədrləri - ABŞ, Fransa və Rusiya arasında danışıqlarda hegemon mövqe uğrunda mübarizə güclənə bilər. 2019-cu ildə Qarabağ problemində Minsk qrupu həmsədrlərinin arasında kimin üstün olması və onun münaqişənin həllinə yanaşması münaqişənin həlli məsələsinə mühüm təsir edəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz