Əlaqə Arxiv
news Image
2012.05.03
13:48
| A A A
Növbəti istefa xəbəri

Mövqe.Az CNN-ə istinadən bildirir ki, İsrailin keçmiş xarici işlər naziri Tzipi Livni millət vəkili olmaqdan imtina edib. Məclisdən ayrıldığını bildirən Livni, ölkənin daha yaxşı bir siyasətə layiq olduğunu söyləyib.

Livninin istefa qərarı Kadima Partiyasının liderliyini itirməsindən bir ay sonra oldu. Partiyasında qalmağa davam edəcəyini açıqlayan Livniyə görə, mövcud rəhbərlik səbəbindən İsrailin varlığı hədə altındadır.

Livni, üç ildir fələstinlilərlə olan barış görüşmələri ilə əlaqədar olaraq İsrail hökumətini günahlandırıb və hökumətin fələstinliləri görməzlikdən gəldiyini söyləyib.

İsraildə bu il içində erkən seçki keçirilməsi gözlənilir.

Qeyd edək ki, Kadima hal-hazırda İsrail Parlamentindəki ən böyük partiyadır. Amma edilən anketlərdə seçki zamanı partiyanın sahib olduğu yerlərin yarısını itirə biləcəyini gözlənilir.

Ziba Yusifova

Movqe.Az

Sizin Reklam Yeriniz