Əlaqə Arxiv
news Image
2019.03.03
10:32
| A A A
Prezident İlham Əliyev Venesuela, Ruanda və Tailandın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib-YENİLƏNİB

Prezident İlham Əliyev bu gün Venesuela Bolivar Respublikasının, Ruanda Respublikasının və Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

Prezidentin Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran, Ruanda Respublikasının səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit etimadnamələrini Prezident İlham Əliyevə təqdim etdilər.

Sizin Reklam Yeriniz