Əlaqə Arxiv
news Image
2019.03.04
15:00
| A A A
Deputat: Vətəndaşların problemli kreditlərinin həlli bütövlükdə ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verəcək

Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ölkə vətəndaşlarına diqqət və qayğının daha bir nümunəsidir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

A.Hüseynov qeyd edib ki, bu fərman vətəndaşlar tərəfindən böyük sevinclə qarşılandı.

Millət vəkili vurğulayıb ki, Prezidentin bu fərmanı vətəndaşların probleminin həlli ilə yanaşı, ölkə iqtisadiyyatında da böyük stimul olacaq:

“Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır. Eyni zamanda bu fərman bank sisteminin stimullaşdırılmasına, onların maliyyə dövriyyələrin artmasına səbəb olacaq ki, bu da banklara yeni kreditlər vermək imkanı yaradacaq. Problemli kreditləri həll olunmuş şəxslər isə yenidən kredit götürüb öz bizneslərini inkişaf etdirmək və ya həyat şəraitlərini yaxşılaşdırmaq imkanı əldə edəcəklər. Bütün bunlar isə bütövlükdə ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verəcək”.

Deputatın sözlərinə görə, problemli kreditlərin həlli eyni zamanda ölkəmizin beynəlxalq təşkilatların reytinqlərdə də yerini yaxşılaşdıracaq ki, bu da ölkəmizə yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq:

“Bu fərmanın həm sosial, həm də iqtisadi baxımdan ölkəmiz üçün faydaları olduqca böyükdür. Bu fərmanı inqilabi addım adlandırmaq olar. Azərbaycan dövləti əhalinin rifah halını yüksəltmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər görür, iqtisadi və institusional islahatlar həyata keçirilir, bununla da vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir, yoxsulluq səviyyəsinin daha da azalması üçün işlər görülür. Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili və onun rifahı dayanır”.

Sizin Reklam Yeriniz