Əlaqə Arxiv
news Image
2019.03.05
13:53
| A A A
Bahar Muradova: Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə çox geniş şəkildə əməl edir

Azərbaycan əməkdaşlıq və dialoq məkanıdır, dünyaya sülh çağırışı edən ölkədir, çünki ölkəmiz özü münaqişələrə, terrora məruz qalıb.

Movqe.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

B.Muradova əlavə edib ki, Azərbaycan islam ölkələri arasında ilk dəfə demokratik cümhuriyyət quran, insanlara etnik mənsubiyyəti, inancı, siyasi dünyagörüşündən asılı olmayaraq, vətəndaşı cəmiyyət quruculuğuna cəlb edən, onları bərabər hüquqlarla təmin edən ilk ölkədir:

"Bu, bütün dünyanın, demokratik cəmiyyəti hədəf götürən bütün insanlığın nailiyyətidir. Azərbaycandakı tolerant mühit əldə olunmuş nailiyyət deyil. Bu, bizim birgə yaşam tərzimizdir".

B.Muradova qeyd edib ki, bu gün xalqlar arasında harmoniyanı əldə etmək üçün dinlərarası münasibətlər inkişaf etməlidir: "Hamımız sülhə xidmət etməliyik. Dini, siyasi, iqtisadi, mədəni əlaqələrimiz və imkanlarımızdan istifadə edərək sülh və əmin-amanlığın, təhlükəsizlik bir dünyanın yaranmasına xidmət etməyi düşünməliyik. Biz bu çağırışı edirik. Hüquqi dövlətin əsas işi tərəqqiyə və sosial-iqtisadi inkişafa gətirib çıxaran cəmiyyət qurmaq və bu cəmiyyətin mərkəzi fiquru olan insanın rifahını təmin etmək üçün çalışmaqdır. Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə çox geniş şəkildə əməl edir. Bu məqsədlərin içərisində dini və etnik, mədəniyyətlərarası dialoqun əməkdaşlığa keçidi çox vacibdir".

Sizin Reklam Yeriniz