Əlaqə Arxiv
news Image
2019.03.05
15:45
| A A A
Azərbaycan və ATƏT Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan və ATƏT müxtəlif məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in hazırki sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşü ilə bağlı mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər kəs Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir:

“Biz daim münaqişənin həll yollarının tapılması üçün müzakirələr aparırıq”.

E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə dəfə Ermənistanın Baş naziri ilə görüşü olub. Nazirlər səviyyəsində də dörd görüş baş tutub.

O vurğulayıb ki, ATƏT Minsk qrupunun həmsədrləri münaqişə ilə bağlı status-kvonun qorunub saxlanmasını qəbuledilməz hesab edir.

Sizin Reklam Yeriniz