Əlaqə Arxiv
news Image
2019.03.07
18:16
| A A A
Belarus Prezidenti Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda qeyd olunur:

"Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə xas olan xeyirxahlıq, ziyalılıq və mühüm dövləti məsələlərin həllinə müdrik yanaşma həqiqətən heyranlıq doğurur.

İnanıram ki, Sizin siyasi və ictimai fəaliyyət təcrübəniz Belarus-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsipləri əsasında bundan sonra da inkişafına hərtərəfli kömək edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram".

Sizin Reklam Yeriniz