Əlaqə Arxiv
news Image
2019.03.07
18:34
| A A A
Deputat seçiciləri ilə görüşdü - FOTO

Martın 6-da 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisinin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev Goranboy rayion icra hakimiyyətinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında iştirak edib.

 

Movqe.az-ın məlumatına görə,  hesabat yığıncağında çıxış edən millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi altında istər 2018-ci ildə, istərsə də son 15 il ərzində Azərbaycanda və Goranboy rayonunda görülən işlər, uğurla icra olunan dövlət proqramları və infrastruktur layihələri, genişmiqyaslı quruculuq və abadlıq işləri barədə ərtaflı məlumat verib.

 

Ağalar Vəliyev həmçinin ölkənin və rayonun son illərdəki sürətli sosial-iqtisadi inkişafı ilə yanaşı, dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü tədbirlər, o cümlədən əməkhaqqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin artırılması, problemli kreditlərin həlli, çoxmənzilli yaşayış binalarında vətəndaşların mülkiyyət hüququ ilə bağlı sənədlərinin verilməsi prosesinin təkmilləşdirilməsinə yönələn çoxsaylı fərmanları və sərəncamlarının mahiyyəti barədə geniş izahat verib. Hesabat yığıncağından sonra Ağalar Vəliyev Goranboy rayonundan olan bir qrup seçiciləri ilə görüşüb. Deputat ofisindən saytımıza verilən məlumata görə, seçicilərin və sakinlərin qaldırdıqları məsələlərə deputat tərəfindən həssaslıqla yanaşılıb, bəzi sosial problemlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi barədə onlara məlumat verilib.

 

"İstər hesabat yığıncağında, istərsə də seçicilərlə görüşdə və qəbulda ölkə rəhbərliyinin uğurlu dövlət siyasəti yüksək dəyərləndirilib, cənab Prezidentə və onun rəhbərliyi ilə görülən işlərə böyük dəstək nümayiş olunub, ölkəmiz və xalqımız üçün cari ilin və qarşıdakı illərin daha da uğurlu olacağına əminlik ifadə olunub", - deyə deputat ofisindən bildirilib

Sizin Reklam Yeriniz