Əlaqə Arxiv
news Image
2013.05.04
12:03
| A A A
Putinin rusiyalı sahibkarlara qəzəbindəki başlıca motiv
Rusiyanın varidatı 227 milyard dollara çatan iyirmi ən varlı adamı öz pulunu ölkə kənarında qeydiyyatdan keçmiş holdinqlərin xəttilə idarə edir. Bu barədə nüfuzlu "Blomberq" xəbər verir. Nəşrin bildirdiyinə görə, ofşorlar rusiyalı biznesmenlərin özlərinin aktivlərini hakimiyyətdən qorumaq, mümkün reydlərdən qurtarmaq üçün əsas vasitələridir.

SSRİ-nin dağılmasından sonra ağır və gözlənilməz şəraitdə varidat toplamağa müvəffəq olmuş milyarderlərin belə daldanacaqlardan istifadə etməsi Rusiya prezidenti Vladmir Putinin hədsiz qəzəbinə səbəb olur. Və nəşrin məqaləsində bildirilir ki, Putin onların pullarının yarısını hansı yolla olursa-olsun "evə" qaytarmağa söz verib. Mövcud istiqamətdəki tədbirlərdən biri kimi o, ötən il Maliyyə Monitorinqi üzrə Federal Xidmətə nəzarəti öz əlinə alıb. Sözügedən qurum çirkli pulların yuyulması ilə mübarizə aparmaq təyinatına malikdir. Üstəlik Dövlət Duması da mövcud istiqamətdəki qanunvericiliyə bir sıra dəyişiklər edib. Onu da deyək ki, V.Putin hələ prezident seçkisi kampaniyası dövründə 90-cı illərdə ədalətsiz qiymətlərlə dövlət aktivlərini əldə edərək varlanmış sahibkarlar üçün birdəfəlik vergi tətbiq edəcəyini vurğulamışdı.

Rusiya biznesmenlərinin əsas ofşor strukturları Britaniya Virginiyasında, Hibraltarda və Kiprdədir. Virginiya rusiyalı milyarderləri əlverişli qanunvericilik sisteminin Britaniya sisteminə uyğunluğuyla cəlb edir. Kipr isə Rusiya ilə sazişə əsasən bəzi vergi yükləmələrindən azad məkan kimi əhəmiyyətə malikdir. Ekspertlərin bildirdiyinə görə, Putinin narazılığına baxmayaraq, rusiyalı sahibkarlar özlərinin pullarını Rusiya sərhədləri kənarında saxlamağa üstünlük verirlər və bu tendensiyanın davamlı olacağı proqnozlaşdırılır.
Sizin Reklam Yeriniz