Əlaqə Arxiv
news Image
2019.03.19
15:07
| A A A
Prezident İlham Əliyev tunisli həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu ünvanlayıb.

Movqe.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Tunis əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına sülh və rifah diləyirəm".

Sizin Reklam Yeriniz