Əlaqə Arxiv
news Image
2019.03.30
07:01
| A A A
İŞİD bu dəfə Ermənistanı əsas dayaq məntəqəsinə çevirir
Ermənistanın Türkiyəyə qarşı təhdid yaradan YPG-ni və Rusiyaya qarşı döyüşən İŞİD-i dəstəkləməsi regionun təhlükəsizliyinə xələl gətirir

Terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan İŞİD üçün əd cəlbedici məkana çevrilmək üzrədir. Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizə qarşı Mübarizə Baş İdarəsinin rəisi Oleq İlyinıx "Ekstremizm və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın prioritetləri" mövzusunda Rusiya DİN-in V.Y.Kikot adına Moskva Universitetində keçirilən II beynəlxalq elmi-praktiki konfrans çərçivəsində bu xüsusda maraqlı fikirlər səsləndirib. Qeyd edib ki, Suriya və İraqda məğlubiyyətə uğradıldıqdan sonra İŞİD terror qruplaşması maraqlarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etdirir.

Onun sözlərinə görə, İŞİD terror qruplaşması ümumdünya terror şəbəkəsi yaradılması üzrə planlarını həyata keçirmək istəyir. "Xilafətin Suriya və İraqda strateji məğlubiyyət alması onların maraqlarının Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etməsinə gətirib çıxaracaq", - idarə rəisi vurğulayıb.

İŞİD-ə qədər əslində, bir sıra terror qurumları Ermənistanda kök sala bilib. Məsələn, PKK-ya bağlı  YPG terrorçularının Ermənistana keçməsi barədə tez-tez məlumatlar səslənir. Türkiyəli hərbçilərlə toqquşmalardan qaçan PKK terrorçularının Türkiyə-Ermənistan sərhəddini keçməsi vaxtaşırı qeydə alınır. Bu kimi hallar 90-cı illərdə də Türkiyənin Şimali İraqda apardığı genişmiqyaslı əməliyyatlar zamanı və Qarabağ müharibəsi ərzində də baş verib. Türkiyə xalqına qarşı çoxsaylı terraktlar həyata keçirən terrorçular canlarını qurtarmaq üçün, məsuliyyətdən azad olacaqlarına əmin olaraq, Ermənistana keçirdilər. Xatırladaq ki, Ermənistan-Türkiyə sərhəddini ruslar qoruyur. Sərhəd pozucularını saxlayan kimi, rus sərhədçilər onları Ermənistan milli təhlükəsizlik xidmətinə təhvil verməyə borcludurlar. Yalnız Ermənistanın xüsusi xidmət orqanları PKK terrorçuları ilə necə davranmağa qərar vermə səlahiyyətinə malikdirlər. Məhz həmin terrorçular sonradan himayəyə götürülür. Bu da İŞİD üçün də ermənistaın cəlbedici məkana çevirir.
Amma Rusiyanın xarici kəşfiyyatı üçün həssas olan məsələ, İŞİD tərəfdarlarının Ermənistanda olmasıdır. Ötən il Gümrüdəki 102-ci hərbi bazanın bir rus əsgərinin İŞİD tərəfdarı Arman Cancuğazyan tərəfindən bıçaqlanaraq öldürülməsi hələ aysberqin görünən hissəsidir.

Rusiya, Suriyada İŞİD-in məhv edilməsindən sonra, terrorçuların Rusiyadan intiqam almağa çalışacaqlarını yaxşı bilir. Məlumdur ki, Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Bəşər Əsədin döyüşçüləri müvəffəqiyyətə nail olub. Bu baxımdan rus hərbçiləri Ermənistanda İŞİD terrorçuları üçün olduqca asan hədəf ola bilər. İŞİD-ə sadiq qalan ermənilərin mövcudluğu terrorçuların müəyyənləşdirilməsi və məhv edilməsini daha da çətinləşdirir.

Ermənistanın faktiki olaraq, Türkiyəyə qarşı təhdid yaradan YPG-ni və Rusiyaya qarşı döyüşən İŞİD-i dəstəkləməsi, onları himayə etməsi regionun təhlükəsizliyini şübhə altına qoyur. Doğrudur, hazırda Ermənistanda nə qədər İŞİD üzvünün olması haqqında hər hansı bir məlumat yoxdur. Lakin Ermənistan məsuliyyətdən yayınmaq və terrorçulardan faydalanmaq üçün onları işğal altında olan Qarabağ kimi qanunsuz bölgəyə göndərə bilər. Hər halda İrəvan üçün İŞİD-dən istifadə daim aktualdır.

“Mövqe”

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz