Əlaqə Arxiv
news Image
2019.03.30
08:25
| A A A
Xalq-iqtidar birliyinin işdə təcəssümü
Azərbaycan dövləti xalqa xidmət etdiyini bir daha öz işi ilə sübut etdi

Bir neçə gün öncə Bakının Nizami rayonu ərazisindəki “Diqkas” ticarət mərkəzində baş vermiş dəhşətli yanğın yüzlərlə insanın həyatına birbaşa təsir edib. Ticarət mərkəzində çalışan sahibkarların ümumilikdə yüz minlərlə manatlıq malları yanıb külə dönüb. Cəmi bir gün əvvəl əzəməti və alıcıların gurluğu ilə göz oxşayan mərkəzin yanğından sonrakı görkəmi yaşıl ormanın ortasında ildırımın qol-budaqlı ağacı vurub qaraltdığı qapqara kösövə bənzəyir. Yanğın həmin məkanın panoramını çox acınacaqlı vəziyyətə salıb. Ancaq sahibkarların durumu bundan qat-qat artıq dərəcədə acınacaqlıdır və onlar düşdükləri vəziyyətdən necə çıxacaqlarını bilmirdilər. Bunu sahibkarların mətbuata verdikləri açıqlamalar sübut edir.

Lakin, müdriklər deyirlər ki, hər qaranlıq gecədən sonra işıqlı sabah gəlir. Bir məsələni qeyd etmək yerinə düşər ki, yanğının çətin duruma saldığı sahibkarlardan çoxu dövlət başçısına müraciət etmək üçün çağırışlar edir, dövlətdən imdad diləyirdilər. Bu, sadəcə, həyacandan doğan çılğınlıq yox, dövlətə və Prezidentə olan böyük inamdan irəli gəlirdi. Yanğın martın 26-da baş vermişdi. Bir gün sonra, ayın 27-də insanlar artıq dərdlərini bölüşür və yardım gözləyirdilər. Daha bir gün keçdi və baş vermiş dəhşətli hadisə barədə ətraflı və dolğun məlumat alan  Prezident İlham Əliyev səlahiyyətli qurumların rəhbərləri ilə vacib toplantı keçirdi və yanğının nəticələrinin aradan qaldırılması, başlıcası isə yüzlərlə sahibkara, onların ətrafında olan minlərlə ailə üzvlərinə sahib çıxmaq barədə tapşırıq və tövsiyələrini verdi. Bu, adi məsələ deyil. Ölkəyə rəhbərlik edən şəxsin böyük humanizminin ifadəsi, daşıdığı vəzifənin məsuliyyətini yüksək sosial nümunədə göstərməsidir.

Müşavirədə çıxış edən Prezident İlham Əliyev deyib: “Xoşbəxtlikdən insan itkisi olmamışdır. Ancaq o ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəymişdir. Yanğının səbəbləri araşdırılır, bu gün ilkin məlumat veriləcəkdir və əminəm ki, tam araşdırılacaqdır. Eyni zamanda, biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik”.

Azərbaycan sosial mahiyyətli dövlətdir. Ölkənin sürətli inkişafı, əldə edilən iqtisadi yüksəlişin nailiyyətləri əhalinin rifah halının yaxşılaşdırılmasına istiqamətləndirilib. Dövlət üzərinə götürdüyü bütün sosial öhdəlikləri vaxtında və ləyaqətlə yerinə yetirir. Bir faktı yada salmaq kifayətdir ki, neftin qiymətləri dünya bazarında süni surətdə aşağı salınanda Azərbaycanın milyardlarla dollar valyuta itirməsinə rəğmən büdcədə nəzərdə tutulmuş sosial layihələrin biri də kəsirdə qalmadı. Əhalinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş sosial proqram tamamilə icra edildi. Hökuməıt bütün səylərini birləşdirərək bu işi gördü. Çünki, respublika hökumətinin qarşısında “xalqa xidmət etmək” kimi məsuliyyətli vəzifə qoyulub. Son 15 ilin ictimai-siyasi və humanitar devizi məhz budur. Təqdirəlayiq haldır ki, dövlət başçısı dəfələrlə məmurların müşavirəsində elan edib ki, “bir nömrəli xidmətçi mən özüməm”. Bu, son dərəcə yüksək mənəvi-etik və məsuliyyətli davranış nümçunəsidir.

Yanğınla bağlı dövlətin irəli duraraq sahibkarlara himayədarlıq stməsi və maddi yardım göstərməsi əslində dövlətin vəzifəsi deyil və olmamalıdır. Bunun üçün bütün inkişaf etmiş dövlətlərdə, o cümlədən Azərbaycanda sığorta şirkətləri mövcuddur. Ancaq, təəssüf ki, maarifləndirmə işi tələblərə cavab vermədiyindən insanlar öz əmlaklarını, mallarını süığortalamırlar. Buna görə də təbii fəlakət yaxud bədbəxt hadisə baş verəndə əlacsız duruma düşürlər. Dövlət məhz bu “əlacsızlığa” görə vətəndaşlarını darda qoymur. Yəni, dövlət əhalini fövqəladə vəziyyətdə qorumalı, fəlakətin nəticələrini aradan qaldırmalıdır. Maddi ziyanı isə yaradılmış idarəetmə strukturları qanun çərçivəsində tənzimləməlidirlər.

Azərbaycan dövlətinin sosial məsuliyyəti böyükdür. Təkcə bu il Prezidentin sərəncamı ilə həyata keçirilmiş və ekspertlər tərəfindən “sosial inqilab” səviyyəsində dəyərləndirilən dəyişikliklər ölkədə sosial məsələlərin necə ciddiyə alındığını təsdiqləyir. Qısa müddətdə, təxminən, 3 milyon insanın maddi vəziyyətinin yüksəlməsi ciddi sosial rezonans doğurub.

N.NOVRUZ

 

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz