Əlaqə Arxiv
news Image
2019.03.31
11:30
| A A A
Vyana görüşündən dərhal sonra Prezidentin bəyanatı...
Vyana görüşündən dərhal sonra Prezidentin bəyanatı... Vyana görüşü bir sıra mühüm aspektləri ilə diqqət çəkdi. Movqe.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O qeyd edib ki, hər şeydən öncə işğalçı Ermənistanın siyasi spekulyasiyasına son qoyuldu və bununla da bir illik fasilədən sonra məsələnin mahiyyəti üzrə danışıqların aparılmasına start verildi: "Hər iki tərəf danışıqları konstuktiv adlandırdı və davam etdirilməsi ilə bağlı xarici siyasət idarələrinə tapşırıq verdi. Bu faktiki olaraq ənənəvi 3+2 formatında danışıqların bərpası kimi də qiymətləndirilə bilər. Önə çıxan məsələlərdən biri də həmsədrlərin bəyanatında sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün konkret və nəticəli addımların atılmasının vacibliyinin vurğulanması oldu. Görüşdən dərhal sonra BMT baş katibinin aparılan danışıqları dəstəkləməsi də əslində sülh prosesinə təşkilat səviyyəsində dəstək kimi qiymətləndirilə bilər. Vyana görüşündən sonra Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan üçün ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi ön sırada durur. Bu o deməkdir ki, Azərbaycan heç bir halda öz qəti və haqlı mövqeyindən geri çəkilməyəcək. İşğalçı danışıqlara bunun fərqində olaraq gəlməlidir. Faktiki vəziyyət isə ondan ibarətdir ki, Paşinyan Azərbaycanın mövqeyini bilir və artıq gündəmin olmadığını bəhanə edə bilməyəcək". Deputat bildirib ki, digər bir yenilik isə danışıqlar prosesinin humanitar aksiyalarla dəstəklənməsidir: "Danışıqların müəyyən mərhələsindən sonra etimad məsələsi aktuallaşa bilər və Azərbaycan tərəfi buna etiraz etmir. Bütün bunları ümumiləşdirsək, belə bir nəticəyə gələ bilərik ki, Azərbaycan işğalçı Ermənistanı danışıqlar masasına qaytara bildi, öz mövqeyindən geri çəkilmədi, beynəlxalq dəstəyini daha da artırdı və problemin sülh yolu ilə həlli üçün İrəvana növbəti şans dəfə verdi. Bu şansdan İrəvanın necə istifadə edəcəyini isə bundan sonra atacaqları addımlarda görəcəyik. Azərbaycan isə öz ərazi bütövlüyünü bərpa etmək üçün heç vaxt digər vasitələrə də əl ata biləcəyini istisna etməyib".
Sizin Reklam Yeriniz