Əlaqə Arxiv
news Image
2019.05.01
15:05
| A A A
Bakıda binalara yeni liftlərin quraşdırılmasına başlanılıb

Bakının Nizami rayonunda bəzi binalara yeni liftlər quraşdırılıb.

Movqe.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və onun strukturuna daxıl olan “Lifttəmir” İstehsalat Birliyi tərəfindən müvafiq hazırıq işləri görülüb, bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə danışıqlar aparılmış və artıq müqavilə imzalanmasına hazırlıq işləri başa çatıb.

Paytaxtda çoxmənzilli binalarda liftlərin yeniləri ilə əvəz olunması prossesi ilkin pilot layihə olaraq Bakının Nizami rayonunda həyata keçirilməsi qərara alınıb, artıq liftlərin bir hissəsi Bakıya gətirilib və Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında birinci liftin quraşdırılması həyata keçirilib.

BŞİH-dən bildirilib ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə əvvəllər alınan liftlərə nisbətən daha üstün olmaqla yanaşı qiymət baxımından daha ucuzdur.

Nəzərdə tutulub ki, ilkin mərhələdə pilot layihəsi kimi Nizami rayonundakı çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək, daha sonra isə digər rayonlarda da bu işlər aparılacaq.

Sizin Reklam Yeriniz