Əlaqə Arxiv
news Image
2019.05.02
09:47
| A A A
İcra başçılarına Prezidentdən xəbərdarlıq

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış zamanı  Prezident İlham Əliyev keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirib.Prezident vurğulayıb ki, aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

İclasda ölkə başçısı bir sıra tapşırıq və tövsiyələrini verib və idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac olduğunu vurğulayıb: "Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq". 

Məlum olduğu kimi vətəndaşlarla birbaşa təmaslar İlham Əliyevin özünün də tez-tez istifadə etdiyi praktikadır. Prezident vaxtaşırı olaraq regionlara səfər edir və bu zaman hökmən yerli sakinlərlə birbaşa təmasda olub onları narahat edən məsələlər barədə məlumatlar alır. Və bu məlumatların əsasında həmin bölgələrdə sosial  və digər infrastruktur layihələrinin həyata keçirilməsi barədə qərarlar qəbul olunur.  Habelə prezident çıxışlarında dəfələrlə güclü ictimai nəzarətin vacibliyi barədə danışıb və bəllidir ki, dövlət başçısı dəfələrlə ictimai nəzarət mexanizmlərində-KİV-lərdə və ya sosial şəbəkələrdə qaldırılan müxtəlif məsələlərə müdaxilə edib. Onların həllinə dair göstərişlər verib.

İndi dövlət başçısı xəbərdaorlıq edir ki, icra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər. Azərbaycanda siyasi hakimiyyətlə xalq arasında təmasların mərkəzində yerli icra hakimiyyəti orqanlarının dayandığı məlumdur. Bu baxımdan, ölkə rəhbərinin icra başçılarına yönəlik fikirləri maraq doğurur. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı  bildirib ki, ölkə başçısı iclasdakı çıxışında islahatların mahiyyəti üzərində dayandı, bunun vermiş olduğu və gələcəkdə verə biləcəyi effektiv nəticələrin əhəmiyyətini önə çəkdi: “Bu, bir daha sübut etdi ki, ölkə başçısı həyata keçirmiş olduğu islahatların davamında son dərəcə maraqlıdır. Bu islahatların həyata keçirilməsi ölkəmizin inkişafında ciddi rol oynayacaq, xalqın həyat səviyyəsinin yüksəldilməsinə özünün müsbət təsirini göstərəcək. Biz dövlət başçısının qarşıdakı aylarda və illərdə islahatların dərinləşməsi ilə bağlı yeni-yeni sərəncam və fərmanlar imzalamasının şahidi olacağıq. Digər tərəfdən idarəetmə sisteminin təkmilləşməsi ilə bağlı ölkə başçısının ortaya qoyduğu iradədən irəli gələrək bir daha məmurların Azərbaycan xalqına yüksək səviyyədə xidmət göstərməsinin zərurliyini qeyd etdi. Vurğuladı ki, nazir və komitə sədrlərinin müavinlərinin vətəndaşlarla görüş keçirməsi vacibdir. Hesab edrəm ki, bu vətəndaşları narahat edən problemlərin aradan qaldırılmasına özünün müsbət töhfəsini verə bilər. Məndə olan informasiyaya görə proses başlayıb”. F.Ağamalı qeyd edib ki, nazirlər, komitə sədrləri və icra başçılarına dövlət başçısı tərəfindən çox ciddi tələb var.

Qeyd edək ki, ölkə başçısının ictimaiyyət arasına çıxaraq, onlarla ünsiyyətdə olması, problemləri ilə maraqlanması xalq və Prezident münasibətlərinin əyani sübutudur. Dövlət başçısı əhali arasında böyük nüfuza malikdir, xalq onu sevir. Dövlət başçısı ictimaiyyətlə görüşü zamanı insanların problemlərini həll edir. Çünki o, bu məsələlərə çox həssaslıqla yanaşır. Prezident bildirir ki, hər bir məmur xalqının xidmətçisidir. Məmurlar xalqın qayğısına qalmalıdır. Ölkə başçısı atdığı addımları ilə bu nümunəni bütün məmurlara göstərməkdədir. İndi icra başçıları v ədigər mərurların da bundan nümunə götürməsi artıq zəruri şərt kimi çıxış edir.

Bundan başqa xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi əsasında nazirlər, dövlət komitələrinin rəhbərləri vaxtaşırı olaraq müxtəlif rayonlarda vətəndaşlarla qəbullar keçirirlər. Prezident nazirlərin və komitə sədrlərinin qəbulları ilə kifayətlənməyib öz administrasiyasının məsul şəxslərini də yerlərə, vətəndaşlarla birbaşa təmaslar qurmağa göndərir. Bu hal Prezident Administrasiyasının məsul şəxslərinə vətəndaşları narahat edən aktual məsələlər barədə bilavasitə yerlərdən informasiya almağa, mövcud problemləri araşdırmağa və imkan daxilində onları elə yerindəcə həll etməyə imkan yaradır.

Bəllidir ki, indiyədək vətəndaşlar bəzən onları narahat edən adi problemlərin belə yerlərdə həllinə nail ola bilmirdilər və ən yuxarı instansiyalara, o cümlədən Prezident Administrasiyasına, şəxsən Prezidentə müraciət edirdilər. Yerlərdə rayon rəhbərlərinin və hətta adi məmurların belə həll etməli olduğu məsələlər barədə müraciətlər mərkəzə ünvanlandığı üçün şikayətlərin araşdırılması mexanizminin çevik işləməsi çətinləşirdi.

 

"Mövqe"

Sizin Reklam Yeriniz