MSK Azərbaycanda elektron səsvermənin tətbiqi ilə bağlı monitorinq keçirir
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK)
elektron səsvermənin tətbiqi ilə bağlı monitorinq keçirir. Bu
barədə Trend-ə komissiyanın sədri Məzahir Pənahov bildirib.
Pənahov qeyd edib ki, monitorinqin nəticələrinə görə seçkilərdə elektron səsvermənin keçirilməsinin mümkünlüyü araşdırılacaq.
"Monitorinqin nəticələri təxminən ay yarıma, yəni iyulun əvvəlinə artıq məlum olacaq".
Seçki qutuları ilə bağlı MSK sədri bildirib ki, bu il keçiriləcək prezident seçkiləri ilə bağlı yeni qutuların gətirilməsi gündəmdə deyil:
"Bizim kifayət qədər seçki qutularımız var və onlara bir o qədər ehtiyac yoxdur".
Qeyd edək ki, Azərbaycanda bu ilin payız aylarında prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.