Əlaqə Arxiv
news Image
2019.05.11
09:00
| A A A
Radikal müxalifət daxilində didişmələr kəskinləşir
Elçin Mirzəbəyli: “Radikal müxalifət daxilindəki savaş maliyyə, qrant məsələsi və kürsü davasından qaynaqlanır” Vüqar Rəhimzadə: ““Radikal müxalifət daxilindəki bu didişmənin kökündə onların şəxsi mənafeləri dayanır”

Radikal müxalifət daxilində yenə biri-birinə qarşı hücumlar başlanıb. AXCP sədri Əli Kərimli və trolları sosial şəbəkələrdə yenidən digər müxaliflərin üzərinə hücuma keçiblər. "Respublikaçı Alternativ" Partiyasının sədri İlqar Məmmədov, xaricdə fəaliyyət göstərən Emin Milli və digərləri yenidən onların hədəfindədir.

Qeyd edək ki, son zamanlara qədər Milli Şura ilə İlqar Məmmədov arasında müəyyən ziddiyyətlər yaşanırdı. Əli Kərimli və Milli Şura Azərbaycanla Avropa Birliyi arasında bağlanması gözlənilən müqavilə fonunda sözügedən qurum nümayəndələrinin müxalifətdən özlərinin deyil, ReAL Partiyası təmsilçilərilə görüşməsindən xeyli əndişələndi. Bu fonda yaranmış qarşıdurmada tərəflər bir-birini satqınçılıqda ittiham etdi.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, radikal müxalifətin Emin Milli ilə davası qrantla bağlı olduğu halda, İlqar Məmmədovla olan ziddiyyətin kökündə öz düşərgələrində kürsü davası uğrunda mübarizə dayanır: “Radikal müxalifət daxilində maliyyə məsələləri, qrant almaq üstündə savaş gedir. Emin Millinin rəhbərlik etdiyi internet kanalından istefasının müəyyən səbəblərindən biri də bu idi.

Əslində, Emin Millinin radikal müxalifətin hardan maliyyələşdirildiyi barədə informasiyalarının gələcəkdə daha detallı şəkildə ortaya çıxması ehtimalı Əli Kərimli və ətrafını narahat edir. Bu baxımdan da özlərinin ifşa olunacaqlarından qorxaraq, qabaqdan gəlmişlik edərək indi də Emin Millini hədəfə götürüb, ona qarşı kampaniyaya başlayıblar. İlqar Məmmədovla bağlı məsələ isə radikal düşərgədə kürsü davasından qaynaqlanır. Təbii ki, burada yenə də maraqlar toqquşur. Bu baxımdan radikal müxalifət daxili ənənəvi rəqabət bundan öncə digər siyasi partiyalar arasında gedirdisə, indi İlqar Məmmədovla Əli Kərimlinin az saylı üzvlərdən ibarət təşkilatları ətrafına  transfer  olunub. Mahiyyəti əsasən bunun üzərində qurulub” .

“İki sahil” qəzetinin baş redaktoru, siyasi ekspert Vüqar Rəhimzadə radikal müxalifəət daxilində sərtləşən didişmələri təbii saydı: “Radikal müxalifət təmsilçiləri gündəmdə olduqları bütün dönəmlərdə yalnız şəxsi ambissiyaları, öz mənafelərini barədə düşünüblər. Həmin düşərgədə 10 nəfər bir yerə yığışsa da, vahid mövqeyə gələ bilmirlər, bu da hər birinin ayrıca şəxsi ambissiyasının olmasından irəli gəlir. Ona görə də radikal müxalifət heç zaman xalq və dövlətin milli maraqlarından çıxış etmir. Radikal müxalifət, dağıdıcı ünsürlər hər zaman birmənalı şəkildə fərq olaraq öz maraqlarını dövləti maraqlardan üstün tutublar. Ona görə də tez-tez öz aralarında da dalaşırlar. Bu qüvvələr zahirən özlərini bir yerdə olduğu kimi göstərsələr də, daxilən bir-birinə münasibətdə böyük nifrətə malik ünsürlərdir.

Radikal müxalifət daxilində cərəyan edən bu didişmələr təbiidir. Bu qüvvələrin birlikdən danışmağa haqları yoxdur. Onların bir çoxu da keçən əsrin 90-cı illərin əvvəlində bir illik hakimiyyətdə olub. Bu müddət ərzində də xalqdan istifadə etməklə öz maraqları güdüblər. Şübhə etmirəm ki, bu qüvvələr daxilində cərəyan edən didişmələr daha da kəskinləşəcək. Bu insanlar yalnız bir-birinə qarşı kompromat toplamaqla məşğuldurlar. Eyni zamanda, bu fonda öz çirkin niyyətlərini də ortaya qoymağa cəhd edirlər”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz