Əlaqə Arxiv
news Image
2019.05.14
11:11
| A A A
Müxalifətçinin etirafı…
Emin Milli və onun bəzi məsləkdaşları haqqı nahaqqa, vicdanı saxtakarlığa dəyişə bilmədilər

Lap bu yaxınlaradək “Meydan TV” güruhu az qala xaricdə yurd-yuva salmış radikalların mərkəzi hücrəsinə çevrilmişdi. Yox yerdən özünü telequrum kimi qələmə verən meydançılar bir müddət idi ki, meydan sulayırdılar. Eşidən-bilən yaxud tanıyanlar “yox yerdən” yaranmış bu hay-küyü anlamağa çətinlik çəkirdi. Axı, pulsuz-parasız bir addım belə atmağın çətin olduğu Avropada bu güruhun alibi nədir? Bu qədər çığır-bağır xeyli məsrəf istəyir, bunu haradan əldə edirlər? Çox keçmədən bəlli oldu ki, arada qrantverənlərlə qrantyeyənlərin yeni böyük sövdələşmə layihəsi var. Layihənin obyekti Azərbaycan hakimiyyəti, mövzusu şər-böhtan, məqsədi araqarışdırmaq, son niyyəti ölkəni beynəlxalq aləmdə gözdən salıb var-dövlətini əlindən qoparmaq üçün imkan qazansınlar. Əlavə olaraq, bu işdə ermənilərin lobbi adı altında gizlənmiş beynəlxalq terror təşkilatının əlinin olması da aydın görünürdü.

Lakin iş bununla bitmir. Atalar deyəndə ki, “pul əl çirkidir”, bəziləri ağız büzür və “pulun şirinıiyi” barədə ağızdolusu mədhiyyələr söyləyirlər. Pul isə öz işini davam etdirir və “cidanə çuvalda gizlətmək” istəyənlərin paxırları ardarda açılır. Heç demə bu radukal demokratların dərdi-azarı qrant davası imiş. Amerikadan tutmuş Berlinədək, Londondan başlamış Praqayadək səpələnmiş radikalların Azərbaycandakı “dostları” da daxil qrant davası onların əsl məqsədlərini ortaya qoydu. Mübarizə kifayət qədər kəskinliklıə qızışdı, sosial şəbəkələr bunların qarşılıqlı təhqirlərindən, bir-birlərinin ayıblarını açmalarından “partlamaq” fazasına yüksəldi. Partlayanda isə məlum oldu ki, pulverənlər artıq bunların hamısını ovuclarında möhkəmcə sıxıb istədiklərini dedirtdirirlər. Yəni, böhtan, yalan, saxtakarlıq, bir-birini aldatmaq, badalaq gəlmək hesabına aldıqları qrantdan daha çox mənimsəmək yarışına çıxıblar. Kimi bilərəkdən, kimi isə bilməyərəkdən Azərbaycanı istəməyən xarici pozucu qüvvələrin alətinə çevrilib.

Belə bir xaos durumda oloanlara rəğmən bunların şərlədiyi Azərbaycanda isə inkişafın yeni mərhələsi başlayırdı. Bu mərhələnin dayaq nöqtəsi həyatın bütün sahələrində, o cümlədən idarəetmədə və xalqın rifah halının yaxşılaşmasında dönüş rolu oynayan sosial sahədə inqilabi islahatların keçirilməsidir. Bu proses elə bir səviyyədə davam edir ki, artıq dedi-qodudan canı boğazına yığılmış və öz ölkəsindən gözəl yer, öz xalqının ağuşundan isti ocaq tapa bilməyəcəyini yəqin edənlər həqiqəti etiraf etməyə qərar verdilər. Bunlardan biri də Meydan TV-nin rəhbəri Emin Milli idi ki, Prezident İlham Əliyevin islahatlarının əhəmiyyətli olduğunu etiraf etdi. Çox keçmədən onun həmkarı, mühacir yazıçı Ələkbər Əliyev əslində Meydan TV-nin rəhbərliyinin Emin Millinin yox, Qərbin qrantverənlərinin əlində olduğunu təsdiqləyən məqalə ilə çıxış etdi. Müəllifin fikrincə, bu hal çoxdan idi ki, bu cür davam edirdi və onlar açıqlama vermək üçün əlverişli məqam gözləyirmişlər. Azərbaycanda keçirilən islahatların bu açıqlamanın verilməsi üçün səbəb yaratdığını deməyə əldə hər cür əsas var.

Beləliklə, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi layihələr və islahatlar, seçilən demokratik quruculuq yolunda qazanılan uğurlar həqiqətin təsdiqi üçün real əsaslar yaradır. Bu, inkişafımızın yeni mərhələsinin yeni nailiyyətlərindən biridir və yolumuzun dönməzliyini və düzgünlüyünü bir daha təsdiqləyir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz