Əlaqə Arxiv
news Image
2019.05.15
09:45
| A A A
Erməni puluna dövlətini və xalqını gözdən salmağa çalışan ünsürlər
3-4 nəfər mənəviyyatsız erməni köləsinin “mitinq”i belələrinin kimsə tərəfindən dəstəklənmədiyini aydın göstərir

Mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün və xəyanətkarın aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirib.

Düzdür, onların fəaliyyıti o qədər cılız və mənasız olub ki, buna heç reaksiya verməyin adı yoxdur, əgər bir məsələ olmasa... Həmin günlər Avropada “Şərq Tərəfdaşlığı” proqramının 10 illik yubiley tədbiri keçirilib. Proqramın iştirakçısı kimi Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyəti də bu tədbirdə iştirak edib.

Baş verənlər arasında əlaqələrin olması haqda qəribə uyğunluq var. Yubiley tədbirində 10 illik əməkdaşlığın ruhuna uyğun müvafiq sənəd qəbul edilməsi planlaşdırılır. Lakin sənədin  əvvəlcədən bəyan edilməyən mətnində Azərbaycanın mənafeyinə, daha dəqiq desək, ərazi bütövlüyü məsələsində maraqlarını tənim etməyən bənd yer alır. Təbii ki, bu bənd ayrıca olaraq Azərbaycanın birbaşa adına yox, ümumi meyarlarla verilir. Lakin bütün hallarda ən həssas problemimizdə dövlət rəhbərliyi prinsipiallıq göstərir və ən xırda sapmalara qarşı kəskin reaksiya verir. Bu ərəfədə azərbaycanlılar (hətta cəmi bir neçə nəfər olsalar da) küçəyə çıxıb alçaqcasına öz vətənləri əleyhinə şüarlar səsləndirməyə başlayırlar.

Eyni zamanda Avropa İttifaqının yetkililəri Azərbaycanı elə təmsil etdikləri Avropa ölkələrinə nümunə göstərir və bildirirlər ki, bu ölkənin qazandığı nailiyyətlərin bəzilıəri onların özlərində yoxdur. Digər tərəfdən bu ilə qədər dövlətimizin fəaliyyətinə kölgə salmağa çalışan müxaliflərdən biri, Avropada yaşayan Emin Milli (Abdullayev) səhv yol tutduğunu anlayır və bunu səmimi şəkildə etiraf edir. Ancaq bu etirafdan ağıllı nəticə çəxarmaq əvəzinə satqınlığı özünə peşə etmiş bəzi digər radikallar (nimdaşlar) dərhal fəallıqlarını artırır və yubiley tədbirində iştirak edən nümayəndə heyətimizə, görünür psixoloji təsir etmək üçün aksiyaya cəhd göstərirlər. Demək, tədbir zamanı iclas salonunda müzakirə edilən sənəddəki anti-Azərbaycan təzyiqlə küçədəki çığır-bağırlı təzyiqin birgə məqsədi var: aranı qarışdırıb xaos yaratmaq və Azərbaycan nümayəndə heyətinin sənədə qol qoymasını təmin etmək.   

Bu, açıq-aşkar Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayişi və eyni zamanda erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi  xarici fondlardan alınan  böyük məbləğdə vəsaitlərin yuyulmasıdır. Həmin aksiyaya cəhddə iştirak edənlərin telekadrlardakı görünüşləri isterik vəziyyətdə olduqlarını sübut edir. Belə ki, sayı 5 nəfər olan bu adamcıqların biri uzun günlüklü baş geyiminin günlüyünü gözünün üstünə basıb ki, üzü tanınmasın. Bir başqası zil qara rəngli eynək taxıb. Digər 3 nəfər də gah guya şəkil çəkdikləri üçün iri qabaritli telefonu üzlərinə sipər edir, gah da ora-bura qaçışaraq kadrlardan yayınmağa çalışırdılar. Yəni, “kişilər” aksiya keçirirdilər. Yəqin, bu həftə ərzində sosial şəbəkələrdə ağız-ağıza verib, bir-birlərinin böhtanlarına züy tutacaqlar. Yüz il əvvəl, indi belələrini bəyənmədiyi Nəriman Nərimanov bu tip azərbaycanlıları “milli heysiyyətini itirmiş nadan donuzlar” adlandırıb. Görünür, estafet davam edir. Hərçəndi, bunların varlıqları yoxluqlarına bərabərdir.   Onlar Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun  erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsinə çalışır, buna görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar. Amma “yel qayadan nə aparacaq?”

N.NOVRUZ

 

 

 

 

 

Sizin Reklam Yeriniz