Əlaqə Arxiv
news Image
2019.05.18
08:00
| A A A
Radikallar özbaşına olsalar dağılmamış dam-daş qoymazlar
Elin gözü tərəzi, fikri əsas meyar, səsi nəticəni müəyyənləşdirən amildir

“Radikal müxalifəti xalq tərbiyə etməlidir. Çünki onlar xalqdan səs gözləyirlər”. Bu sözləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov  deyib.  O bildirib ki, xalq səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir: “Mən istərdim ki, radikal müxalifət “Radikal müxalifət” adını öz üzərindən götürsün. Dünyanın hər yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib. Mən istəməzdim ki, Azərbaycanda müxalifətin hansısa bir hissəsi radikalçı olsun, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalifət dairələri radikalçılığı ilə bəlkə də fəxr etmək dərəcəsində səhvə yol verir”. Ə.Əhmədovun fikrincə, radikallıq böyük bir nöqsandır: “Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir”.

Hər bir cəmiyyətdə müxalif fikir söyləyənlər, bəzən bu istiqamətdə birləşib təşçkilat yaradanlar, yaxud geniş anlamda hakimiyyətə gəlmək üçün narazılıqlarını siyasiləşdirib fəaliyyət göstərənlər var. Bunlar normal haldır və heç kim də bu məsələlərə mənfi münasibət bəsləmir. Təbii ki, narazı qalmaq hələ o demək deyil ki, həmin narazılar haqlıdırlar. Sadəcə, ortada fikir ayrılıqları söhbəti var. Kimin haqlı, kimin haqsız olmasını isə zaman göstərir, yəni daimi olaraq müəyyən zaman kəsiyindən sonra görülən işlərə yekun vurulur, müsbət-mənfi çalarlar saf-çürük edilir və ümumi nəticə meyar rolunu oynayır. Diqqəət etsək görərik ki, hər rübün sonunda Nazirlər Kabinetinin keçirilən iclasında çıxış edən Prezident İlham Əliyev əvvəlcə görülən işlərin yekunu nbarədə danışır, irəliləyişi rəqəmlərlə ifadə edir, geri qalan sahələri tənqid edir, buraxılan səhvləri göstərir, uğurları da dəyərləndirir və ümumi nəticə çıxarır. Müsbət meyillərin üstün olduğu istiqamətlər çoxluq təşkil etdiyinə görə hökumətin fəaliyyətinə qiymət olaraq bildirir ki, biz doğru yoldayıq. Bu prosedur dövlət həyatının idarə edilməsində prosesin tərkib hissəsidir. Heç şübhəsiz həyatın digər sahələrində, ictimai təşkilatların fəaliyyətində, hətta tək-tək fərdlərin əməli fəaliyyətində də bu prosedur baş verir. Sadəcə, çıxarılan nətuicələr insanların xarakterinə, həyatı necə anlamağının mahiyyətinə, qarşıya qoyduğu məqsədə çatmağın yollarına rəğmən fərqli olur. Bu hal radikal müxalifət adlandırılan kəsimə də aiddir, hətta onun istəyib-istəməməyindən asılı olmayaraq.

Məsələ burasındadır ki, radikallıq hansı sahədə olmasından asılı olmayaraq adətən ziyanlı yol sayılır. Çünki, yaradıcılıqdan, ölçülüb-biçilmiş çürlu davranışdan uzaq olur. Hadisələrə tez, amma səhv diaqnoz qoyması ilə seçilir. Müdriklər deyir ki, “hirsli başda ağıl olmaz”. Bu kəlam başqalarının taleyinə təsir edən siyasi fəaliyyətdə xüsusilə aktuallıq kəsb edir. Bir də radikallığa yuvarlanmışlar adətən prinsipiallığı cığallıqla qarışdırır, bütün cəhdlərini şəxsi istək və arzularının həyata keçməsinə yönəldir. Bu isə ümumi mənafeyin unudulması deməkdir. Axı, insanlar ümumi mənafelər uğrunda mübarizə aparanda cəmiyyətdən dəstək görürlər. Məsələn, hazırda xaricdə oturub Azərbaycanı yamanlayan bəzi, belə demək mümkünsə, soydaşlarımız söyüş söyməklə özlərini radikal müxalifətçi sayırlar. Bir neçə gün əvvəl “meydan.tv” adlı internet televiziyasında (əgər buna televiziya demək mümkünsə) bir müxalifətçi kimi yol verdiyi səhvləri etiraf edən Emin Milli adlı azərbaycanlı ilə gənc bir xanım müsahibə aparırdı. Verilişin savadsız hazırlanmasına diqqət etməyərək buna qulaq asan izləyicilərin reaksiyasına diqqət edəndə aydın görünür ki, bir neçə şəxs müxtəlif adlar altında məzmunca eyni sözləri yazaraq münasibətini bildirir. Rəyləırin mahiyyəti isə yalnız söyüşdən ibarətdir. İndi qabiliyyəti nalayiq danışmaqdan başqa heç nəyə çatmayan bu adamlar özlərini radikal müxalifət sayır və hakimiyyətə gəlmək istəyirlər. Ancaq onlar özlərini siyasətçi saysalar da adi bir həqiqəti dərk edə bilmirlər ki, hakimiyyətə gəlmək üçün xalqın rəğbətini əməli işinlə qazanmalısan. Çünki, xalq adı ilə birləşmiş insanlar, başqa sözlə seçicilər rəhbər olmaq istəyənə səslərini verib onu seçirlər. Daha nalayiq ifadələrin qulaqdağlayan səslənməsi ilə kimsənin rəğbətini qazanmaq olmaz. Elə buna görədir ki, Avropada mitinq adı ilə küçələrə çıxanların sayı 3-5 nəfərdən çox olmur.

İndi Azərbaycan inkişaf sürətini artırdıaca istəməyənləri də çoxalır. Bu qüvvələr arasında məqsədinə çata bilməyi bacarmayanlar hikkələrindən radikallaşır, daha bərkdən çığırmağa, böhtanlarını tündləşdirməyə başlayırlar. Bu yerdə onların fəaliyyətini tənzimləyən əsas meyar mexanizmi – xalqın rəyi meydana gəlməlidir. Bu, mühüm və maarifləndirici işdir. Çünki, inkişafa mane olmaq istəyən mənasız fəaliyyətin aradan qaldırılması və əhalinin dünyagörüşünün, ictimai fəaliyyətinin yüksəlməsi yolunda əhəmiyyətli gəlişmədir. Müxalifətin hərəkətverici qüvvəsi nə qədər səmərəli olarsa, dövlət də bir o qədər əlavə güc mənbəyinə sahib olar. Yəni, hakimiyyət kimi müxalifətin də məqsədi xalqa xidmət, dövləti möhkəmləndirmək istiqamətinə yönələr.

N.NOVRUZ

    

 

 

 

Sizin Reklam Yeriniz