Əlaqə Arxiv
news Image
2019.05.22
09:45
| A A A
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

XXX

Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına təbriklərimi, rifah və firavanlıq arzularımı çatdırıram".

Sizin Reklam Yeriniz