Əlaqə Arxiv
news Image
2019.05.24
09:35
| A A A
Ermənistan İŞİD-ə qucaq açır
Natiq Miri: “İrəvan İŞİD terror qruplaşması üçün öz ərazisində xüsusi bir mühit yaradarsa, bu, qarşısında Rusiyanı görmək anlamına gələcək”

 

Rusiya İŞİD-in MDB məkanına yaxınlaşmasına dair narahatlıq ifadə edir. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov  vurğulayır ki, İŞİD ekstremist qruplaşmasının üzvləri Əfqanıstanın şimalına, Orta Asiyadakı keçmiş sovet respublikaları ilə sərhədə yığışır.

Federal Təhlükəsizlik Xidmətinin direktoru hazırda qruplaşmaya qarşı mübarizə aparıldığını da diqqətə çatdırıb: “Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan tərəfdaşlarla əməkdaşlıq nəticəsində İŞİD və digər beynəlxalq terror təşkilatların 8 yuvası aşkar və məhv edilib”. Amma aparılan mübarizəyə rəğmən, İŞİD-in MDB məkanına marağı artır və bura Qafqaz da daxildir. Hazırda Qafqazda İŞİD Ermənistana xüsusi maraq göstərir və bu ölkə vasitəsilə regionda möhkəmlənmək isətyir. Ermənistanın buna şərait yaratması müşahidə olunur.

Politoloq Natiq Miri bildirdi ki, İrəvan İŞİD terrorçu qruplaşmasını öz ərazisinə buraxmaqla qarşısında Rusiyanın təpkisini görəcək: “İŞİD-in Orta Asiyada aktivləşməsi bir faktdır. Belə ki, bu terrorçu qüvvələr Orta Asiyaya doğru irəliləməkdədirlər. Həmin vəziyyət təkcə Orta Asiya üçün deyil, eyni zamanda Rusiya üçün təhlükə yaradır.

İŞİD-in orta Asiyaya gəlməsi dolayısı ilə Rusiya sərhədlərinə yaxınlaşması anlamına gəlir. Bu da təkcə İŞİD terror təşkilatı ilə bağlı məsələ deyil. Moskvanı narahat edən İŞİD terror qruplaşmasını idarə edən dünya gücü ABŞ-la bağlıdır. Rusiya anlayır ki, tədricən Yaxın Şərqdən, xüsusən Suriya və İraqdan İŞİD-in digər bölgələrə transfer olması siyasəti yürüdülür. Həmin siyasət içində də postsovet məkanı ölkələri, eyni zamanda Rusiya da yer alır. Bu səbəbdən Rusiya həyəcan təbili çalır ki, bütün postsovet məkanı ölkələri həmin məsələdə həssas olsun və Moskva ilə birgə addıma tsınlar.

Ermənistanda İŞİD-in fəaliyyətinə gəldikdə, bu terror təşkilatı müstəqil təşkilat deyil ki, Ermənistan bu hadisədən özünün geosiyasi maraqları üçün, xüsusən də özünə düşmən saydığı qardaş Türkiyə və Azərbaycan əleyhinə onlardan istifadə edə bilsin. Ermənistan bilməmiş deyil ki, İŞİD-in arxasında böyük dövlətlər və böyük maliyyə şəbəkəsi dayanır. Bu da təbii ki, Ermənistanın geosiyasi maraqlarını aşa biləcək bir vəziyyət yaradır. Həmin terror qrupunun arxasında Vaşinqtonun durduğunu da İrəvan bilməmiş deyil. Belə olan təqdirdə, İrəvan İŞİD terror təşkilatı üçün öz ərazisində xüsusi bir mühit yaradarsa, bu, qarşısında Rusiyanı görmək anlamına gələcək.

Bu vəziyyət Qafqazda, xüsusən Ermənistanda Rusiya-ABŞ qarşıdurması yarada bilər ki, nəticədə İrəvan çarpaz atəş altına düşə bilər. Bir məsələni də diqqətdən qaçırmayaq, hazırda Ermənistanın özündə daxili ictimai-siyasi vəziyyət o qədər gərgindir ki, bu durum hər an nəzarətdən çıxa bilər. Bu ehtimal güclüdür. Çünki, hakimiyyətdən getsələr də, Sarkisyan-Köçəryan hərbi xuntası hərbi və maliyyə cəhətdən hələ də güclüdürlər. Xüsusən də onların separatçı Qarabağ rejimində güclü olması Paşinyan hakimiyyətinə qarşı həmin qüvvələrin yeni bir cəbhə açmaq ehtimalını gücləndirir. Paşinyan da bundan çox əndişələnir. Ona görə belə kövrək vəziyyətdə Ermənistanın qlobal terror şəbəkəsini öz ölkəsinə dəvət etməsi və yaxud onlar üçün xüsusi şərait yaratmaları bir qədər çətindir”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz