Əlaqə Arxiv
news Image
2019.05.24
12:05
| A A A
Bahar Muradova: Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuz sahibidir

1993-cü ildə Azərbaycan müstəqilliyini itirmə təhlükəsi ilə qarşı-qarşıya idi, o dövrdə hakimiyyətin xalqın maraqlarına uyğun gəlməyən fəaliyyəti bizi çox çətin vəziyyətə salmışdı.

Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşündə deyib.

B.Muradova bildirib ki, Heydər Əliyevin xalq tərəfindən Bakıya çağrılması düzgün qərar idi: “O qərarı həmin dövrün şərtləri diqtə edirdi. Heydər Əliyev o zaman xalqın səsinə səs verdi, Azərbaycanı o çətin vəziyyətdən, müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuz sahibidir. Biz parlament olaraq beynəlxalq qruplar vasitəsilə beynəlxalq əlaqələrin qurulmasında iştirak edirik, çoxlu sayda dostluq qrupları var. Bu gün Azərbaycan dünya dövlətləri içərisində sayılıb-seçilən ölkədir, parlamentimiz dünya parlament ailəsinin üzvüdür”.

Sizin Reklam Yeriniz