Əlaqə Arxiv
news Image
2019.05.24
17:45
| A A A
Prezident İlham Əliyev İordaniya kralını təbrik edib

Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Əziz Qardaşım, İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim sülh və rifah arzulayıram".

Sizin Reklam Yeriniz