Əlaqə Arxiv
news Image
2019.05.30
09:36
| A A A
Müxalifətdə çoxvektorlu parçalanma
Hətta Respublika günündə də müxalif qruplaşmaların düşmənçiliyi özünü göstərib

Hər il mayın 28-i, Respublika günü ölkəmizin həyatında əlamətdar hadisələrlə yadda qalır. Bu il 101-ci ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin möhtəşəm tarixi ictimaiyyət və dövlət rəhbərləri tərəfindən fəxarətlə xatırlanıb, cəmi 23 ayda gördükləri işlərin miqyası təntənə ilə yada salınıb.

Builki bayramın təntənəsini gücləndirən digər bir amil isə ölkəmizdə böyük idman bayramının keçirilməsi olub. Belə ki, ildönümünün səhərisi Bakıda UEFA Avropa liqasının finalı keçirilib. Şəhər, necə deyərlər, əcnəbilərlə doludur. Hamı da bayram əhval-ruhiyyəsindədir. Bəs, necə? Bütün dünyada 1 milyard furbol azarkeşi televiziya ilə Bakıdan translyasiya olunan möhtəşəm oyunu izləyib. Paytaxt sakinləri və qonaqlar oyundan əvvəl və sonra təntənəli ab-havanı hələ bir neçə gtün yaşadacaqlar.

Amma bu gözəl günlərin kökdən düşmüş pianinonun səsi kimi xaric notları da var. Biz həmişə Azərbaycan müxalifətinin zəifliyini təəssüf hissi ilə qeyd edərdik. Amma indi müxalifətin bərbad gündə olduğunun fərqindəyik.  Məsələ burasındadır ki, Respublika günü Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçiriblər. Hər iki müxalif təşkilat keçirəcəkləri aksiyalar ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndiriblər. Ancaq nəticə... Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib. Milli Şuranın keçirdiyi aksiyada isə Milli Şura Koordinasiya Şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.

Acınacaqlı vəziyyət deyilmi? Əvvələn, bir həftəlik təbliğatla bu qədər insanın aksiyaya cəlb edilməsi müxalifətin qeyri-rasional fəaliyyətinə bariz nümunədir. İkincisi, görmüşük ki, bir  ölkədə bir iqtidar, bir də müxalifət olar. Bəs nədən bizim (?) müxalifət parçalanıb bu günə düşüb? Heç olmasa, hamımız üçün əziz olan Respublika günündə ürək sözlərini birlikdə deyə bilərdilər. Axı, bu aksiyada vəzifə bölgüsü yoxdur!

Belə görünür ki, özlərini müxalifət adlandıranlar dəqiq bilirlər ki, hakimiyyətə gəlmələri üçün əllərində bir əsas, arxalarında hər hansı resurs yoxdur. Onda güman qalır bu sırada qərar tutmuş şəxslərin əbədi davası olan qrant və birincilik davasına. Yeri gəlmişkən, indi də üçüncü müxalif qüvvə statusuna yiyələnmək arzusunda olan hansısa xalq hərəkatının da söhbəti mətbuatdan düşmür. Yəni, bizdə bir iqtidar və azı,  3 müxalifət mövcuddur. Əgər nəzərə alınsa ki, bu müxalif qüvvələrin hamısı hakimiyyəti ələ almaq arzusundadır, onda bizim iqtidara həsəd aparmalıyıq. Nədəndir ki, günü-gündən inkişaf etdirib möhkəmləndirdiyi hakimiyyətin rasionallığına görə ona, əvvələn bu qədər göz dikən var, sonra da bu 3 qüvvənin üçü birinə, biri də heçə dəyməz iqtidarla müqayisədə. 28 may aksiyaları buna məntiqi misaldır.

Bir də müxalifətin Əli Kərimli sindromu var. Bu şəxs daha dəqiq, araqarışdırmaq qabiliyyəti ilə məşhurdur və müxalifət adlananların özləri belə onun işləklərinin qurbanıdırlar. Çünki, mühacir biznesi, qrant biznesi, qalmaqal hadisələri onun adı ilə bağlıdır. Hələ pul müqabilində əcnəbi xain qüvvələrə işləmək məsələsi daimi mövzudur.

Bütün bunların fonunda müxalifətin acınacaqlı durumu başa düşüləndr, amma təqdir və qəbul olunan deyil. Axı, belə durumla kim öyünə bilər özlərindən başqa, əgər, onların nümunəvilik meyarları daha çox xəyanət etməyə bağlıdırsa.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz