Əlaqə Arxiv
news Image
2019.06.04
23:48
| A A A
Hikmət Babaoğlu: “Dostluq haqqında xartiya”nın ləğvinə ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə nail olmaq əlbətdə uğurdur”

“Ermənistan mövcud status-kvonu legitimləşdirmək üçün mütəmadi olaraq planlı şəkildə müxtəlif təxribatlara əl atır”. Bu sözləri Movqe.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. Drputat deyib ki, onlardan biri də erməni lobbisinin güclü olduğu ölkələrdə bu imkanlardan istifadə etməklə işğal etdikləri Azərbaycan torpaqlarında yerıəşən inzibati əraziləri həmin ölkənin müvafiq əraziləri ilə siyasi-hüquqi identifikasiya etmə cəhdləridir :” Məlumdur ki ,bir müddət əvvəl  Fransanın  Arnuvill şəhəri  ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında  “Dostluq haqqında xartiya” imzalanmışdı . Bu fakt əlbətdəki digər bənzər faktlar kimi Azərbaycan tərəfindən nəzarətə götürüldü və onun ləğv edilməsi üçün müvafiq qurmlarla səmərəli iş aparıldı . Nəticədə Azərbaycan  problemin hüquqi müstəvidə və obyektiv şəkildə həkll edilməsinə nail oldu Beləki , Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etdi .Fransa kimi erməni lobbisinin və ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə buna nail olmaq əlbətdə uğur hesab edilə bilər . Ancaq bu faktı başqa mühüm tərəfləri də var ki bu da onun yeni hüquqi president yaratmış olmasıdır . Məhkəmənin öz qərarını   imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması ilə əsaslandırması bu hüquqi presidentin digər bənzər hallara da şamil edilməsi təcrübəsini yaradır və bu təkcə Fransada deyil digər Avropa Birliyi ölkələrində də bənzər hadisələr baş verərəsə president kimi qəbul edilə bilər . Məlumdur ki , Azərbaycanın birinci vitse –prezidenti Mehriban xanım Əliyeva Fransaya sonuncu səfəri zamanı bi tipli məsələləri də Fransa hökumətinin diqqətinə çatdırmış  və belə məsələlərin yolverilməz olduğunu bildirmişdi . Nəticəni çox da gözləməli olmadıq və Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq . Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək və mütləq öz ərazilərinin işğaldan azad edilməsinə nail olacaq”. 

Sizin Reklam Yeriniz