Əlaqə Arxiv
news Image
2019.06.04
14:44
| A A A
Azərbaycan bütün sınaqlardan uğurla çıxır

Azərbaycanın uğurları artdıqca ona qarşı  qarayaxma kampaniyası aparanların fiaskosu da qaçılmaz olur. Bu hal Bakıda UEFA Avropa Liqasının final qarşılaşması zamanı özünü bir daha qabarıq surətdə göstərdi. Final qarşılaşması baş tutmazdan əvvəl buna qarşı ən çirkin şəkildə kampanyia aparıldı. Amma bunlara rəğmən, Azərbaycan həmin oyuna  uğurla ev sahibliyi etdi. Bakı Olimpiya Stadionunda keçirilən,  Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyunu bütün dünyanın diqqətini ölkəmizə yönəltdi. Uğurla baş tutan oyundan sonra dünya bir daha Azərbaycanın bu və digər belə oyunlara layiqincə ev sahibliyi edə biləcəyinə şahidlik etdi.

Baş verənlər Azərbaycana qarşı qərəzli mövqe sərgiləyənlərin ifşa olunmasında az rol oynamadı. Təəssüf ki, Azərbaycana qarşı qəzin sərgilənməsində sapı özümüzdən olan baltalar az rol oynamadı. Bunu Almaniyada BMT oifsinin qarşısında erməni lobbisinin ciddi təsir göstərə bildiyi NED-in və Çexiyada mənzillənən People In Need (PİN)    qurumunun ayırdığı qrantla mayın 28-də keçrilən aksiya bir daha təsdiqlədi. Aksiyanın təşkilində Ramiz Quliyev və Aqşin Hacıyev kimi antimilli ünsürlərin rolu onların bir daha düşmən dəyirmanına su tökənlər cərgəsində yer aldığını göstərdi.  Əslən Qarabağın Laçın rayonundan olan, Rusiya bazarlarında sürünüb normal həyat tərzi keçirməkdən uzaq olan Ramiz Quliyev faktiki olaraq doğma torpaqlarına xəyanət yolu tutub.  Keçmiş hərbçi olan Aqşin Hacıyev isə bir zamanlar Vətənə qulluq etməsi ilə fəxr edib. Amma görünür, bu dəfə onun fəxr yeri Vətənə qarşı xəyanət mövqeyində durmaqdır. Anti-Azərbaycan dairələr bu mənada görünür, insanları təsadüfən seçmirlər. Keçmiş hərbçinin və ya əslən Qarabağdan olan birisinin Vətənə xəyanətə sürüklənməsi onların Azərbaycana qarşı məkrli planlarının tərkib hissəsində yer alır.  Amma tarix belə naxələfləri heç vaxt bağışlamır. Onlar heç şübhəsiz ki, layiqli cəzalarına çatmalıdırlar və bunun üçün müvafiq hüqqui mexanizmlərin işə salınması olduqca vacibdir. Respublika gününün növbəti ildönümünün qeyd olunduğu bir vaxtda ölkə xaricində keçrilən aksiya və bu zaman Azərbaycan əleyhiən səslənən fikirlər həm də bunun birbaşa anti-Azərbaycan dairələrin işi olduğunu kifayət qədər aydın surətdə təsdiqlədi. “Sapı özümüzdən olan baltalar”  yenə düşmənlərlə bir sırada olduqlarını nümayiş etdirdilər. Belə olan halda aksiyanı təşkil edənlərin mənəviyyatsız, olması şübhə doğurmur, onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur. Onlar anti-Azərbaycan mərkəzlərindən aldıqları ianələr və qrantların əvəzi olaraq xəyanət missiyasını davam etdirirlər. Həmin antimilli ünsürlərin son aksiyası da bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə bir daha nümayiş etdirdi. Sırf Azərbaycan əleyhinə və ermənilərə kömək məqsədi ilə yaradılmış PİN təşkilatının bu insanlara yardım ayırması da təsadüf sayıla bilməz. Dünyada o qədər tanınmayan bu təşkilat əslində sırf ermənilərə dəstək üçün yaradılıb. Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsi başlayan dövrlərdə yaranan PİN ilk işi ermənilərə yardım toplmaq olub. Azərbaycan əleyhinə xarici dairələrdə kampaniyalar başlayanda təşkilat hər zaman fəallaşaraq öz məqsədlərini həyata keçirmək üçün fürsət tapıb.  PİN tqəşkilatı bu gün də Azərbaycan əleyhinə fəaliyyətini və Ermənistanı dəstəklədiyini gizlətmir. Amma görünən odur ki, bu özlərini azərbaycanlı  adlandıran bəzi şəxsləri maraqlandırmır. Çünki onlar üçün əsas maliyyədir. Ermənilərin birmənalı olaraq dəstəkçisi olan PİN bu mənada “sapı özümüzdən olan baltalar”a daim yardım, qrant ayırmağa hazırdır. Xaricdən Azərbaycan əleyhinə nəsə deyən hər hansı şəxs öz vicdanı, milləti və dövləti qarşısında məsuliyyət daşıyır. Hər bir vətəndaş öz mövqeyini dəqiq müəyyənləşdirməli və yerini düzgün seçməlidir. Bu gün düşmənlə bir sırada duran vətəndaşların taleyinin necə olacağı və onların gələcək nəsillərin üzünə necə baxacaqları qaranlıqdır. Bu barədə də düşünmək gərəkdir. Siyasi mübarizə Vətəni, milləti və dövləti aşağılamaqla bir araya sığmır. Bu yolla gedən heç bir kəs hələ şərəf qazana bilməyib v əhəmişə də tarix qarşısında cavab verib.   

Sizin Reklam Yeriniz