Əlaqə Arxiv
news Image
2019.06.10
17:51
| A A A
Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexo Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Azərbaycanın Milli Bayramı - Respublika Günü münasibəti ilə Sizi Peru Hökuməti və xalqı adından, həmçinin öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar bayram münasibətilə Azərbaycan xalqına sülh və firavanlıq diləyərək ən xoş arzularımı çatdırır, ikitərəfli əlaqələrimizi əks etdirən dostluq və əməkdaşlıq münasibətlərimizin daha da güclənməsini diləyirəm.

Zati-aliləri, Sizə bir daha öz dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Martin Vizkarra Kornexo

Peru Respublikasının Prezidenti

Sizin Reklam Yeriniz