Əlaqə Arxiv
news Image
2019.06.11
09:25
| A A A
Düşmən təxribatı genişmiqyaslı savaşı tətikləyir
Natiq Miri: “Növbəti belə hadisənin baş verməsi artıq cəbhə xəttində aktiv hərbi döyüşlərin başlanmasına gətirib çıxara bilər”

Xəbər verildiyi kimi iki gün bundan əvvəl təmas xəttinin Tərtər istiqamətində düşmən ordusu tərəfindən Azərbaycanın əsgəri vurulub. 2000-ci ildə anadan olan çağırışçı əsgər, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu Ermənistan silahlı qüvvələrinin atəşkəs razılaşmasını pozması nəticəsində şəhid olub. Bundan əvvəl isə təmas xəttinin Ağdam istiqamətində düşmən snayperi Azərbaycan ordusunun mayor rütbəli tabor komandiri Aqil Omarovu vurmuşdu.

İndi Ermənistanın müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə David Tonoyan "Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib. 

Bu məlumat təmas xətti boyu son günlər düşmən qüvvələrinin bir-birinin ardınca həyata keçirdiyi təcavüzkar əməllərin məhz Ermənistan rəhbərliyinin şəxsi göstərişləri ilə baş verdiyini birbaşa təsdiq edir. Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt Peterburqda forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində txribatlara hər hansı aidiyyətinin olması bardə sualı təkzib etməsi, sonra is bu ölkənin müdafiə nazirinin belə açıqlaması göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır v sülh danışıqlatının imitadiyasdır. İstəniln halda Ermənistan öz yalanları artıq həmsdrləri, beynəlxalq ictimaiyyəti aldada bilmir. Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin işalçı siyasəyinin, sülh danışıqlarını sabotaj etmısinin qarşısını almalıdır.

Bəs, Ermənistanın yüksək rütbəli rəsmilərinin münaqişə ətrafında belə mövqe sərgiləmələri prosesdə nələrə gətirib çıxara bilər, bu fonda müharibə ehtimalı nə dərəcədə realdır?

Politoloq Natiq Mirinin fikrincə, yaranmış situasiyada hərbi əməliyyatın başlanması ehtimalı daha da böyüyür: “Təmas xəttində məhz Ermənistan rəsmilərinin əmrilə Azərbaycan ordusu zabit və əsgərinin öldürülməsi hadisəsi artıq Azərbaycan üçün məsələ ətrafında strateji qərar verməyə ciddi bir işarədir. Çünki Azərbaycan  zabit və əsgərinin öldürülməsi özü ilə böyük bir müəmma daşıyır. O mənada ki, cəbhə xəttində Azərbaycan zabitinin vurularaq öldürülməsi müəmma olmaqla bərabər, həm də ölkəmizə verilən ciddi bir mesajdır.

Birinci mesaj odur ki, Dağlıq Qarabağda mövcud olan qondarma rejim istənilən an Azərbaycan Ordusuna qarşı təxribatlara əl ata bilər. Bu təxribatın hədəfi də təkcə Azərbaycan əsgərləri deyil, həm də Ermənistandakı Nikol Paşinyan hökumətidir. Bəllidir ki, Paşinyan qondarma rejimi devirib, qondarma rəhbərliyə öz adamlarını yerləşdirməyi düşünür. Belədə, Qarabağ cəbhəsinə nəzarət etmək istəyir. Qarabağda hər an böyük bir  müharibənin yenidən alovlanması ehtimalı mövcuddur.

Əslində, ard-arda baş verən bu kimi hadisələr bir daha göstərir ki, cəbhə xəttində vəziyyət kritikdir və buradakı hadisələrə İrəvan hökuməti tərəfindən nəzarət edilmir”.

Politoloq bu fonda Azərbaycan Ordusunun bütün məsuliyyəti Ermənistan dövləti ordusunun üzərinə qoymaqla sürətli lokal hərbi əməliyyatlara başlaya biləcəyini istisna etmədi: “Ard-arda baş verən bu iki ölüm hadisəsi bunun üçün ciddi zəmin yarada bilər. Ermənsitan müdafiə nazirinin açıqlamasına rəğmən, bu hadisə bir daha göstərir ki, Qarabağ cəbhəsində hər hansı bir hərbi hərəkətə erməni ordusu və rəhbərliyi nəzarət edə bilmir. Sadəcə, nəzarət edə bilmədiyinin ifşa olunmaması, ortaya çıxmaması üçün müdafiə nazirləri bu səviyyədə açıqlamalar verir. Əslində, bu açıqlamaların arxasında ciddi fikir, davranış, hərəkət dayanmır. Dayanmış olsaydı, Azərbaycan zabitinin öldürülməsindən sonra belə bir hadisə təkrarlanmazdı. Çünki, növbəti belə hadisənin baş verməsi artıq cəbhə xəttində aktiv hərbi döyüşlərin başlanmasına gətirib çıxara bilər. Ermənistan isə belə bir hərbi əməliyyatların başlanmasını istəmir. Anlayır ki, aktiv döyüşlər başlayacağı təqdirdə, qısa zamanda bir neçə strateji bölgə Azərbaycan Ordusu tərəfindən  işğaldan azad olunacaq. Bu da nəticə etibarı ilə Paşinyan hökumətinə, hərbi və siyasi anlamda ciddi zərbə olacaq. Qarabağ hərbi xuntası da bunu əlində tutarlı fakt olaraq Paşinyana qarşı istifadə edəcək. Bu fonda artıq Azərbaycan özü proses yaratmalıdır. Bu proses də dərhal hərbi əməliyyatlara başlamaqdan keçir. Yalnız bundan sonra Ermənistanda ciddi siyasi təlatümlər yaşana bilər ki, bu əsasda da sülh masası arxasında İrəvanla daha rahat danışmaq mümkün olacaq. Bu əməliyyatlar çərçivəsində, bir neçə strateji bölgəmiz də azad olunar ki, bu da Azərbaycanı qələbəyə daha da yaxınlaşdırar”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz