Əlaqə Arxiv
news Image
2013.05.15
18:32
| A A A
VİP-də iclas keçirilib

VİP mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Vətəndaş və İnkişaf Partiyası (VİP) Gənclər Təşkilatı İdarə Heyətinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. İclasda təşkilatın qarşıdakı dönəmi əhatə edən Fəaliyyət Planı, İdar Heyəti üzvlərinin kurasiya edəcəkləri sahələrin bölgüsü, prezident seçkiləri çərçivəsində VİP-in əsas strukturları ilə əlaqəli fəaliyyətin qurulması və cari məsələlər müzakirə edilib.


İclasda çıxış edən VİP GT-nin yeni sədri İmran İbadov təşkilatın 2013-cü ilin qalan dövrünü əhatə edən Fəaliyyət Planı haqqında məlumat verib. Bu məsələ ətrafında aparılan davamlı müzakirələrdən sonra sənədin əsasən qəbul olunması, irəli sürülmüş təkliflərin nəzərə alınması şərti ilə qısa müddətdə yenidən müzakirəyə çıxarılması qərara alınıb. Daha sonra İdarə Heyətinin hər bir üzvünün kurasiya edəcəyi sahələr təsbit olunub və iş bölgüsü aparılıb.    


Növbəti məsələ haqqında çıxış edən VİP GT-nin sədri İ.İbadov partiyanın qarşıdan gələn prezident seçkilərində sədr Əli Əliyevin namizədliyini irəli sürdüyünü qeyd edərək, bu siyasi kampaniyada VİP-çi gənclərin maksimum fəallıq göstərmələrinin vacibliyini bildirib. O, bu istiqamətdə həyata keçiriləcək fəaliyyətin VİP Mərkəzi Aparatı və Ə.Əliyevin Seçki Qərargahı ilə əlaqəli surətdə həyata keçiriləcəyini vurğulayaraq, gənclərin üzərinə düşən vəzifələrdən danışıb.


 İclas cari məsələlərin müzakirəsi və müəyyən qərarların qəbul olunması ilə yekunlaşıb.

 


Sizin Reklam Yeriniz