Əlaqə Arxiv
news Image
2019.06.20
20:20
| A A A
"Ümid edirəm kadr islahatları davam etdiriləcək" - DEPUTAT

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezidentin kadr dəyişikliyi üzrə bu gün imzaladığı sərəncamları yüksək qiymətləndirib.

Publika.az xəbər verir ki, millət vəkili yeni vəzifəyə təyin olunanları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb:

"Prezident peşəkarlığına, cəsarətinə, sadiqliyinə və dürüstliyinə əmin olduğu, sınaqdan çıxmış komanda üzvlərini yeni vəzifələrə təyin edib. Məncə, hamı qəbul edər ki, bu təyinatlar zamanı əsas kriteriya yuxarıda qeyd etdiyim keyfiyyətlər olub. Hamısını təbrik edirəm, xalqımızın rifahı istiqamətində fəaliyyətlərində uğurlar arzulayıram. Ümid edirəm kadr islahatları davam etdiriləcək, islahatlar genişləndiriləcək. Xeyirli olsun".

Sizin Reklam Yeriniz