Əlaqə Arxiv
news Image
2019.06.21
14:58
| A A A
Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin kollektivinə təqdim edilib

Azərbaycanın yeni Müdafiə Sənayesi naziri Mədət Quliyev nazirliyin kollektivinə təqdim edilib.

Movqe.az-ın xəbərinə görə, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təqdim edib.

Bununla da Mədət Quliyev Müdafiə Sənayesi naziri kimi səlahiyyətlərinin icrasına başlayıb.  

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub. 

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə yaradılıb. Müdafiə Sənayesi naziri Yavər Camalov 2018-ci ilin iyunun 23-də uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib. Son bir ildə Müdafiə Sənayesi naziri vəzifəsini nazir müavini Yəhya Musayev icra edib. 

Sizin Reklam Yeriniz