Əlaqə Arxiv
news Image
2019.06.28
14:56
| A A A
Əli Kərimli sərbəst buraxılıb - YENİLƏNİB

AXCP sədri Əli Kərimli sərbəst buraxılıb.  

13:35

Onun cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir

Movqe.az-a daxil olan məlumata görə, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub.

Onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.

Sizin Reklam Yeriniz