Əlaqə Arxiv
news Image
2019.06.28
17:57
| A A A
Prezident mükafatını alacaq laueratların əhatə dairəsi genişləndirilib

Prezident İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Movqe.az xəbər verir ki, bu, mükafatın laueratlarının əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır.

Belə ki, indiyədək elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat məbləğində Prezident Mükafatı nəzərdə tutulmuşdu. Burada 6 rəqəmi 10 rəqəmi ilə əvəzlənib.

Dəyişikliklə Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsillə yanaşı gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində nailiyyətlər də təşviq ediləcək.

Sizin Reklam Yeriniz