Əlaqə Arxiv
news Image
2012.05.05
14:07
| A A A
Bakıda «Azərbaycan 2020: inkişafın yeni hədəfləri» mövzusunda konfrans keçirilir - - YENİLƏNİB
APA-nın məlumatına görə, tədbirə Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət rəsmiləri, millət vəkilləri qatılıblar.
Tədbiri açan YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan qarşısına yeni hədəflər qoyub. Bu hədəflər dövlət başçısı tərəfindən vahid strategiya formasında müəyyənləşdirilib.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə çıxışında deyib ki, Azərbaycan xalqı sınaqlarla dolu, təlatümlü mərhələlərdən keçməli olub. Ötən əsrin 90-cı illərində yeni müstəqilliyini əldə etmiş Azərbaycanda baş verən siyasi böhran, Ermənistanın təcavüzü ölkədə ciddi problemlər yaradıb: "Mövcud hakimiyyət bu böhranı aradan qaldırmaq iqtidarında deyildi. Ölkə xaosun içində özbaşına buraxılmışdı. Azərbaycan unitar dövlət quruluşunu, müstəqilliyini itirmə təhlükəsi ilə üz üzə qalmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı məhz belə təlatümlü dövrə təsadüf edirdi".
H. Əliyevin hakimiyyətə gəlişi və onun fəaliyyəti barədə danışan R. Mehdiyev bildirib ki, Azərbaycanın suverenliyinin qorunub saxlanılması, uğurlu daxili və xarici siyasətin aparılması, ölkənin beynəlxalq səviyyədə tanıdılması ilə yanaşı, investisiyaların cəlbinə şərait yaradılıb: "Beynəlxalq güclərin regionda kəsişən maraqlarının uzlaşdırılması Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün oldu".
Azərbaycanın bir çox parametrlər üzrə inkişaf edən ölkəyə çevrildiyini deyən R. Mehdiyev əlavə edib ki, ötən 8 ildə ölkədə 40 mindən artıq müəssisə yaradılıb, 1 milyona yaxın iş yeri açılıb. Büdcə xərcləri 12 dəfə artıb, ölkə iqtisadiyyatına 80 mlrd. dollardan artıq investisiya yatırılıb. Dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 mlrd. dollar təşkil edib.
"Bu uğurun nəticəsi olaraq 2008-2009-cu illərin qlobal maliyyə böhranı Azərbaycandan yan keçib. Bu böhran dövründə Azərbaycan iqtisadiyyatı dayanıqlıq göstərib" deyən R. Mehdiyevin sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB-də birinci, dünyada 51-cidir.
R. Mehdiyev qeyd edib ki, Azərbaycan artıq dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanınır, enerji təhlükəsizliyi sahəsində aparıcı söz sahibinə çevrilib: "Bu gün sürətlə dəyişən, sürətli təzahürləri ilə qloballaşan dünyada son dərəcədə mürəkkəb proseslər baş verir. Bütün bunlar mili inkişaf üçün yeni konsepsiyanın yaradılmasını qarşıya qoyur. Azərbaycanın 2020-ci ilədək dövrü əhatə edəcək inkişaf konsepsiyası bu baxımdan mühüm sənəddir. Konsepsiyanın başlıca məqsədi dünyada baş verən maliyyə-iqtisadi böhran, qlobal dəyişikliklər fonunda Azərbaycanın mili maraqlarını qorumadır".
R. Mehdiyev deyib ki, Azərbaycanın 2020-ci il konsepsiyası üzərində iş gedir. Dövlət qurumları, vətəndaş cəmiyyəti prosesə cəlb olunub. Konsepsiyanın əhatə edəcəyi 8 ildə Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin artırılması nəzərdə tutulur. Azərbaycanın beynəlxalq siyasi səviyyədə fəaliyyətinin gücləndirilməsi, ərazi bütövlüyünün təmini, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-dövlət sektorunun inkişafı, iqtisadiyyatda təbii ehtiyatlar amilinin azaldılması, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, humanitar sahədə mədəniyyətin, idman və s. sahədə tədbirlərin həyata keçirilməsi konsepsiyada əksini tapacaq.
Tədbir davam edir.
Sizin Reklam Yeriniz